“QORXMAZ GİZİR” – ELFAQ NAĞIYEVİN ANIM GÜNÜ KEÇİRİLDİ (fotolar)

IMG-20211025-WA0051Qarabağ döyüşlərində qəhrəmancasına iştirak etmiş, döyüş yoldaşları arasında “Qorxmaz gizir” el-obasında yenilməz əsgər, müqəddəs Şəhid kimi dillərə dastan olan Elfaq Nağıyevin anım günü keçirildi. 23 oktyabr 2021-ci il tarixində düzənlənən mərasim Şəhidin doğulub boya-başa çatdığı Gədəbəy rayonunun Parakənd kəndində baş tutdu. Şəhidimiz ilk olaraq Parakənd orta məktəbində anıldı. Azərbaycanın Dövlət Himni ilə açılan tədbirdə Elfaq Nağıyevin timsalında şəhidlərimizin xairəsi bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra şəhidimizin müəllimləri və yaxınları onun şücayət dolu ömür yolundan söz açdılıar, Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş mahnılar və şeirlər səsləndirildi.

Tədbirdə Şəhidin ailə üzvləri, Parakənd əhalisi, Azərbaycanda və ölkə xaricində yaşayan gədəbəylilərdən ibarət “Biz-Fond qrupu”nun, “Miskinli oğulları” qrupunun üzvləri, Elfaqın döyüş yoldaşları və qazilər iştirak edirdi.

Anım gününün ikinci hissəsində mərasim iştirakçıları Elfaq Nağıyevin və qəhrəman döyüşçümüz, Şəhid Seymur Allahverdiyevin uyuduğu müqəddəs xiyabanı ziyarət edərək, məzarları önünə əklillər düzdülər. Şəhidin ocağında davam etdirilən mərasim qürur dolu anlarla başa çatdı.

Xatırladaq ki, Nağıyev Elfaq Azad oğlu 26 dekabr 1996-cı ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olub.

2003-cü ildə Parakənd orta məktəbinə gedib, 2007-ci ildən Baki şəhərində orta təhsilini davam etdirib.

2012-ci ildə Şamaxı Humanitar Kollecində bədən tərbiyəsi müəllimliyi fakültəsinə qəbul olub.

2016-cı ildə hərbi xidmətə yola düşüb.

2019-cu ildə Hərbi Akademiyanın gizirlik kursunda təhsil alıb və hərbi fəaliyyətini davam etdirib.

2020-ci il iyul ayında nişanlanıb.

Həmin ilin sentyabrında Qarabağın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut qəsəbəsi və bir neçə strateji yüksəkliklərin azad olunmasında igidliklər göstərib.

21 oktyabr 2020-ci ildə Xocavəndin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

23 oktyabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

Qəhrəmanımız Şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın və Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Parakənd kəndinin şəhidlərinin – Seymur Allahverdiyev, Elfaq Nağıyev və Röyan Hüseynovun xatirəsinə kəndin girişində kənd əhalisinin maddi dəstəyi və təşəbbüsü ilə ehsan bulağı salınıb.

Yerin Cənnət olsun, Şəhidim!

Ruhunuz şad olsun, Şəhidlər!

IMG-20211025-WA0054

 

IMG-20211025-WA0053

 

IMG-20211025-WA0052

 

IMG-20211025-WA0051

 

 

IMG-20211025-WA0050

IMG-20211025-WA0046

 

IMG-20211025-WA0044

 

IMG-20211025-WA0045

 

 

IMG-20211025-WA0034

IMG-20211025-WA0046

IMG-20211025-WA0048

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 315 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.