GÖRKƏMLİ TƏNQİDÇİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

270748420_2695610033919069_6167368384517099599_nkultur.az xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən görkəmli tənqidçi Əsəd Cahangirin “Dionisin şərəfinə” adlı kitabı işıq üzü görüb. “Teatr və dramaturgiya”, “Kino”, “Musiqi”, “Televiziya” və “Kulturologiya” bölümlərindən ibarət kitaba müəllfin təxminən 25 il ərzində yazdığı, müxtəlif incəsənət sahələrinə həsr olunmuş məqalə, resenziya, icmal, məruzə, esse və  portretləri, eləcə də, bir sıra ünlü və gənc sənət adamarı ilə müsahibələri daxil edilib. Ə.Cahangirin müxtəlif vaxtlarda mətbuatda dərc olunan və geniş rezonans doğruan “Bir çarə var ancaq – yeniləşmək”, “Vay dədəm, vay”, “Mahnı dağlarda qalmadı”, “Bəhramnamə”, “Dionisin şərəfinə”, “İran kinosunun peyğəmbəri”, “Əsgər və Oskar”, “Açılmaz Əslidən düymə”, “Eşq imiş hər nə varsa”, “Gecədən səhərə doğru”, “Səs” kimi yazıları da kitabda yer alır. Kitaba “Teatral adam” adlı ön sözü Azərbaycan və Kalmıkiya  Respubliklarının Əməkdar İncəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Bəhram Osmanov yazıb. Kitabın redaktoru tanınmış jurnalst Rizvan Əhmədlidir.

Yazıya 204 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.