“QIZILƏHMƏD ALMALARI” nəşr olundu

ALMA“Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun “QIZILƏHMƏD ALMALARI” hekayələr kitabını nəşr etmişdir.

             Abbasov A.N. Qızıləhməd almaları. Hekayələr. Bakı: Mütərcim, 2022, –120 səh.

Redaktorları: filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

 

Kitabda yazıçının son illərdə qələmə aldığı və internet səhifələrində, internet jurnallarında özünə yer almış hekayələri, lətifəvari hekayələri toplanmışdır. Hekayələrdə məzəli adamların əhvalatları, gündəlik həyatda baş verən gülməli hadisələr işıqlandırılır, cəmiyyətə zidd, yararsız insanlar tənqid edilir.

Müəllifdən: Bu kitabda yer alan hekayələrin mövzularını həyatdan götürmüşəm. Bəzi hadisələrlə özüm rastlaşmışam, bəzi əhvalatları dostlar, tanışlar, iş yoldaşlarım, qohum-əqrəba danışıblar. Mən də bəzək-düzək vurub, onları hekayə halına salmışam. Müğənni Simarə İmanovaya, Aslan Həsənliyə, Məmməd Kazımova, Şükür Qəribova, doktorant və dissertantlardan Reyhan Hacızadəyə və İlhamə Sultanovaya minnətdarlığımı bildirirəm.

Yazıya 146 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.