Şəfəq Sahibli – Sönməyən ocaq (video)

imageXalq şairi Anar müəllimə ehtiramla…
.
Eşq ilə cahana baxırsan, ustad,
Min hikmət boylanır sözündən sənin.
Tanrı mələkləri qonub çiyninə
Hər gecə öpürlər üzündən sənin.
.
Zaura bənzəyən fani dünyada
Duydun ağrısını Təhminələrin.
Ürəyin zamanın güzgüsü olub,
Həyatın özütək hikmətin dərin.
.
Sənə xeyirxahlıq soyundan gəlib,
Ürəyin sönməyən ocaq kimidir.
Canınla, qanınla əsilzadəsən,
Ruhun vətən boyda qucaq kimidir.
.
Odlar diyarına hərarət verən,
Məna ocağının köz bayrağısan.
Sənət dünyasının zirvələrində
Hər gün dalğalanan söz bayrağısan!
.
Ruhun cümlə-cümlə ləpələndirir,
Könüllər oxşayan incə duyğunu.
Vətən ətri verən Anar sözünün
Boynundan asmısan “Göz muncuğu”nu.
.

Yazıya 136 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.