Hədəf STEAM Liseyində EFMF-2022 keçirildi

IMG_0720İyunun 15-i Hədəf STEAM Liseyinin Abşeron filialında Milli Qurtuluş Gününə həsr olunmuş Elm, Faydalılıq, Mühəndislik Festivalı (EFMF-2022) keçirilib.

kultur.az təhsil müəssisəsinə istinadən xəbər verir ki, festival Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan liseyin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq festivalın məqsəd və məramından, qarşıya qoyulan hədəflərindən danışıb. Bildirib ki, festivalın hər il keçirilib ənənə halına salınması nəzərdə tutulub. O, çıxışında rəhbəri olduğu liseyin fəaliyyətindən, şagirdlərin qazandığı uğurlardan, festivalın məktəbli uşaqlar üçün hansı perspektivlər yaratdığından söz açıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin baş məsləhətçisi Pərviz Əhmədov, Hədəf STEAM Liseyinin Abşeron filialının direktoru Cahid Hüseynov, “Zirvə” Liseyinin direktoru Xəzər Babayev, Qarabağ müharibəsi qazisi Natiq Mehdiyev, Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədzadə, Qələbəyə Dəstək Hərəkatının üzvü İlham Behrudi də çıxış edərək festivalın əhəmiyyətindən, belə tədbirlərin elm və təhsil mühitinə verdiyi faydadan danışıblar.

Festival çərçivəsində Qələbəyə Dəstək Hərəkatının təsis etdiyi İsa Alməmmədli adına təqaüd və ənənəvi Bilgə papağı liseyin məzunu, qəbul imtahanında 639 bal toplamış Mətin Zeynalova təqdim olunub.

Qeyd edək ki, sözügedən mükafatın təsis olunmasının təşəbbüskarı İlham Alməmmədlidir. 500 AZN olan təqaüd mükafatı hər il Hədəf STEAM Liseyinin qəbul imtahanında ən çox bal toplamış məzununa veriləcək.Bundan başqa EFMF-2022-də “EduHek” şirkətinin təqdimatında dünyanın məşhur təhsil texnologiyaları avadanlıqlarını istehsal edən Çinin “Makeblock” və “Flahsforge”, Almaniyanın “Fishertechnik”, Koreyanın “Matatalab”, Türkiyənin “Emkotech” şirkətinin STEAM və Robotiks avadanlıqlarının sərgisi də təşkil edilib.

Bundan əlavə festivalda Hədəf Liseyinin nəzdində yerləşən İnteraktiv Elm Muzeyinin eksponatları nümayiş olunub.

Eyni zamanda tədbirdə “Hədəf” və XAN nəşriyyatları tərəfindən kitab yarmarkası təşkil edilib.

Açıq havada keçirilən EFMF-2022 sərgisinin iştirakçıları “Gör, Toxun, Et” prinsipi ilə əylənib, maraqlı təcrübələr yaşayıblar.

Qeyd edək ki, festival Hədəf STEAM Liseyi müəllimlərinin lisey balabilgələri və ailələri ilə bir il ərzində hazırladıqları layihələr əsasında baş tutub. Sözügedən layihələr müxtəlif səpkidədir. Daha çox mühəndislik, robototexnika sahələrinə yönəlmiş layihələr festival iştirakçılarına təqdim olunub, əyani şəkildə təcrübədən keçirilib.

IMG_0562 IMG_0621 IMG_0720 IMG_0934

Yazıya 62 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.