Rubrikanın bu ay ki, qonaqları Mirhəsən Həsənov və Xumar Məmmədova olublar.
Mirhəsən Həsənov Azərbaycan Dövlət Milli Musiqi Konservatoriya nəzdində Asəf Zeynallı adın musiqi kollecinin 3-cü kurs tələbəsidir. O, vokal sənəti ixtisasında təhsil alır. Bundan əlavə Mirhəsən Ağdamda həyata keçirilən “Regionlararası müsabiqə” də və 2022-ci il tarixində “Sənin ulduzun 9” televiziya yarışmalarının qalibi olmuş, Asəf Zeynallı adına Musiqi Kollecində müxtəlif yarış və müsabiqələrdə tərifnamələr, diplomlar, fəxri fərmanlar və kuboklar ilə təltif olunmuşdur.
Xumar Məmmədova Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin 11-ci sinif məzunudur. Dövlət İmtahan Mərkəzinin ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarında rayon üzrə ən yüksək bal yığan gənclər siyahasındadır. O, uşaq yaşlarından rəsm ilə məşğul olmuş, müxtəlif kurs və dərnəklərdə təhsil almışdır. Xumar rəsmə olan marağını həvəskar olaraq davam etdirmək istədiyini və məqsədinin İnformasiya Texnologiyaları mühəndisi olmaq olduğunu qeyd etmişdir.
Görüşümüzün qonağları Mirhəsən Həsənov “İstedadlı gənclik” rubrikası çərçivəsində Şövkət Ələkbərovanın “Söz olmasaydı” əsərini ifa edib.Xumar Məmmədova isə “Kəpənək” rəsmini çəkmişdir. Gənc həmin rəsmi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinə xatirə olaraq bağışlamışdır.
“İstedadlı gənclik” rubrikası çərçivəsində həyata keçirilən fəaliyyətdən videoçarxları Ağcabədi gənclərinin sosial media hesablarından izləyə bilərsiniz.
İnstagram: agcabedi.gencleri
Facebook: Ağcabədi gəncləri
Yazıya 11 dəfə baxılıb