Oktyabrın 28-də Heydər Əliyev adına Ali Hərbi İnstitutda “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırladığı “Sən Vətənə bənzəyirsən” kitabı hərbiyələrlə, zabit və müəllim heyəti ilə ikinci dəfə təqdimat mərasimi keçirilib.
Ənənəvi olarq əvvəlcə 44 günlük Zəfər Savaşında tarix yazaraq şəhadətə yüksəlmiş igidlərimizin, cəmi-şəhidlərin xatirəsi bir dəqiqıəlik sükutla yad edilib.
Tədbirin aparıcı, “DSD” İB-nin sədri, tanınmış şair, president təqüdçüsü, AXDG QSC XDND-nin gəmi kapitanı Faiq Balabəyli giriş sözü ilə çıxış edərək bildirib ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və və 44 gün davam edən Zəfər Savaşında Azərbaycan əsgəri şərəfli bir tarix yazdı. 30 il düşmənin tapdağı altında sıxılan torpaqlarımız sahibinə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Həmin günlər bütün Azərbaycan Ali Baş Komandanın bir çağırışı ilə səfərbər olmuşdu.
O, çıxışı zamanı bildirdi ki, “DSD” İB bundan əvvəl, bu təmayüldə bir neçə kitab hazırlayıb. Növbəti kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi nəşr olunan “Sən Vətənə bənzəyirsən” kitabıdır ki, “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində təqdim olunur. Kitabın tərtibçiləri Faiq Balabəyli, Kəmalə Səfərli, Vasif Süleyman, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.
“Sən Vətənə bənzəyirsən” kitabında Azərbaycanın tanınmış qələm adamlarının vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb. Şeirlərin məzmununun, ideyasının gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu var.
Sonra tədbirdə iştirak edən şairlər Hüseyn Sözlü, Həyat Şəmi, Ülkər Nicatlı, Əzizə Ağahüseynqızı, Şahnaz Şahin, Qəzənfər Məsimoğlu çıxış edərək vətənpərvər ruhlu şeirlərini oxudular
.
Təqdinatda iştirak edən xalq artisti, Azərbaycan Televiziyasının diktoru Eldost Bayram müəlliflərin şeirlərindən nümunələr səsləndirdi.
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutun rektor müavini, Vətən müharibəsinin qəhrəmanı, polkovnik Nizami Mövlamov çıxış edərək belə kitabları hazırlanıb gələcəyin zabitləri ilə təqdimat mərasimi keçirmək olduqca əhəmiyyətlidir. Belə tədbirlər gənclərin vətənpərvərlik ruhunun artırılmasında böyük rol oynayır.
Tural Balabəyli
“DSD” İB-nin sədr müavini və layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri
Yazıya 17 dəfə baxılıb