23-25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçirilib.
kultur.az ANAİB-ə istinadən xəbər verir ki, sərginin açılışında ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, Kitab sənayesi şöbəsinin baş məsləhətçisi İslam Hüseynov, aparıcı məsləhətçisi Nazim Azakov, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov iştirak ediblər.
Ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutan sərgidə 90 %-dək endirimlər tətbiq edilib. Eyni zamanda tanınmış ədiblər, ictimai xadimlər, incəsənət nümayəndələri ilə görüşlər olub, müxtəlif mədəni tədbirlər həyata keçirilib. Bundan başqa sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar keçirilib, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil edilib.
Sərgi proqramı müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngin olub.
Ədiblər Şəmil Sadiq, Elxan Elatlı, Varis Yolçuyev, Orxan Fikrətoğlu, İlqar Fəhmi, Arif Buzovnalı, Aqşin Evrən, Xəzər Süleymanlı, Qismət, Aqşin Yenisey, Rövşən Abdullaoğlu və Ülviyyə Tahir oxucularla görüşüblər.
Bundan başqa bloger Həvva Səfərova, teleaparıcı Rafiq Həşimov, reper ProMete, təlimçi Orxan Şahbaz, Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu, hərbi diktor, müğənni Şəmistan Əlizamanlı, Xalq artistləri Vidadi Həsənov, Valeh Kərimov və Firudin Məhərrəmov müxtəlif mövzulu panellərlə sərgi iştirkaçıları qarşısında çıxış ediblər.
Aktyorlar Kamran Muradlı və Aytac Qəmbərova isə səhnə performansı göstəriblər.
Yazıya 33 dəfə baxılıb