Elman Tovuzun “Belə getsə” kitabının təqdimat və imza mərasimi keçirildi

331618352_2426844640796556_2366090490506424769_n04 mart 2023-cü il tarixində tanınmış şair Elman Tovuzun “Belə getsə” şeirlər kitabının təqdimat və imza mərasimi keçirildi.

kultur.az xəbər verir ki, Bakı şəhər Atatürk Mərkəzində baş tutan mərasimdə Millət vəkilləri, elm və söz adamları, oxucular iştirak edirdi.

Ədəbi-bədii gecənin aparıcısı Mübariz Məsimoğlu şairin həyat və yaradıcılığı barədə qısa məlumat verdikdən sonra sözü çıxışçılara verdi. Millət vəkilləri  Aqil Abbas, Aydın Hüseynov, şairlər Mikayıl Bozalqanlı, Ehtiram İlham, Ayaz Arabaçı, Adilə Nəzər, Rəfael İncəyurd, Yusuf Nəğməkar, ziyalılardan Qiymət Məhərrəmli, Ramiz Hümmətov və başqaları Elman Tovuz yaradıcılığının müasir Azərbaycan ədəbiyyatındakı rolundan söz açdılar.

Tədbirin sonunda söz səbəbkara verildi. Elman Tovuz tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin minnətdarlığını bildirdi.

Təqdimat mərasiminin sonunda müəllif imzalı kitablarını oxucularına hədiyyə etdi.

Ramiz Hümmətov

Yazıya 43 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.