Azərbaycan türkologiya elminə ləyaqətli hədiyyə

336368612_235924242262950_3679574817259910552_n11 aprel 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Filologiya fakültəsinin Azərbaycan dilinin tədrisi və onun texnologiyası kafedrasının professoru Minəxanım Təkləli Nuriyevanın “Türkoloji etüdlər” kitabının təqdimatı keçirildi. İndiyəcən “Rus dilində Türk sözləri”, “Türk Kitabı”, “Türk əsilli ruslar”, ‘Mərkəzi Rusiyanın Türk Coğrafiyası”, Rusların Türk mənşəli soyadlarına həsr olunmuş “Türk İmzası” kimi kitabların müəllifinin bu  kitabında əsasən Türk dilləri və mədəniyyətinin Şərqi Slavyan xalqları kültürünə təsirləri mövzusunda axtarışlarının səmərəli nəticələrini əks etdirən yazıları – müxtəlif illərdə yayınlanmış, əsasən simpoziumlarda söylənilmiş məruzələr və elmi jurnallarda dərc olunmuş  məqalələri toplanmışdır.

Təqdimatda müxtəlif universitetlərdən, elm və təhsil ocaqlarından, Azərbaycan Yazıçılar Birliyindən tanınmış alimlər, söz adamları iştirak etdilər. Tədbiri dünyaca tanınmış türkoloq professor, Əməkdar elm xadimi Tofiq Məlikli açıb müəllifin daim məşğul olduğu türkoloji araşdırmalar sahəsində bir sıra aktual mövzulara həsr olunmuş kitabın üstün məziyyətlərindən danışaraq sözü çıxışçılara verdi.

Çıxışçılardan  professor Vaqif Sultanlı, professor Paşa Qəlbinur,  AMEA-nın Folklor institutu Xarici Əlaqələr şöbəsinin müdiri Əli Şamil, Adil Balıyev, yazıçılardan Fazil Güney, Hüseynbala Mirələmov, Əlirza Xələfli, Şəfəq Nasir, Maqsud Məmmədov və başqaları professor Minəxanımın elmi və pedaqoji yaradıcılığından bəhs etməklə, türkoloji istiqamətdə ayrı-ayrı yazılarının və kitablarının ölkədən kənarda da nəşr olunduğunu qeyd edərək hazırkı nəşrin də müsbət keyfiyyətlərindən danışmışlar. Tədbirdə kitab  təkcə Azərbaycanda deyil, ümumtürk mədəni həyatındada  bir hadisə kimi qiymətləndirilmiş, maraqlı və faydalı təkliflər irəli sürülmüşdür. Çıxışçıların fikir mübadiləsi ilə keçən təqdimat iştirakçılarda yaddaqalan, xoş təəssürat yaratdı və təbii olaraq bir vaxtlar güclü ənənəsi olan Bakı Türkoloji Məktəbinin yenidən dirçəlməsinə təkan verəcək hadisələrdən biri olacağına ümid verdi.  Göründüyü kimi, türkoloji alanda yeni fikirlərin formalaşmasına, nəhayət genişlənməsinə kömək edəcək  “Türkoloji etüdlər” kitabı həm dilçiliyimiz üçün, həm də ayrıca, türkoloji məsələlərin tədqiqi ilə bağlı əhəmiyyətli hadisə kimi qarşılandı.

Tədbirin sonunda iştirakçılar müəlliflə xatirə şəkli çəkdirdilər.

335773264_517418987251013_2862368711247627170_n

 

Yazıya 15 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.