Bu günlərdə şair, yazıçı, publisist, AYB Gəncə təşkilatının məsləhətçisi Aləmzər Əlizadənin lirik şerlər, uşaq şerləri, hekayələr, povest və pyeslərdən ibarət, “Nəğmə qapısı” adlı yeni kitabı işıq üzü görüb. “Elm və Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru tanınmış şair Aydun Murovdağlıdır.
Xatırladaq ki, bundan əvvəl müəllifin ölkədə və ölkə hüdudlarından kənarda sayca on altı (“Sarı eynək”, “Küsən güllər”, “Şəfəqin sırğaları”, “Ətirli kəpənək”, “Ülviyyənin kitabı”, “Göyün işığı”, “Adımdan danışıram”, “Gözdən çıxan qara tikan”, “Pyeslər”, “Fələk və mən”, “Son çiçək”, “Şəffaf hörüyün rəfiqələri”, “Seçilmiş əsərlər II cild”, “Кого ищет луна”, “Четыре рассказа”, “Anatağın ay yuxusu”) kitabı işıq üzü görüb.
Yazıya 38 dəfə baxılıb