Avdı Qoşqarın “Ruhum heç barışmadı” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi

1684423504838kultur.az xəbər verir ki, 18 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Avdı Qoşqarın “Ruhum heç barışmadı” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.

Mərasimin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz kitab haqqında qısa məlumat verdikdən sonra sözü çıxışçılara verdi. Millət vəkilləri Nizami Cəfərov, Aqil Abbas, elm və ədəbiyyat adamları Elçin Hüseynbəyli, Adilə Nəzər, Yusif Nəğməkar, Rüstəm Kamal, Azad Qaradərəli, Əlirza Xələfli, Vəli Qaraçaylı, Musa Ələkbərli, Həzi Həsənli, Mübariz Məsimoğlu, Güləmail Murad, Cəbrail Qəhrəman, Şair Kəramət, Rəfael İncəyurd, Əzizə Ağahüseynqızı, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmməd çıxış edərək şairi yeni kitabı və 65 illik yubileyi münasibətilə təbrik etdilər, Avdı Qoşqar yaradıcılığı barədə fikirlər söylədilər.

Tədbir boyunca iştirakçıların xahişi ilə müəllif kitabda yer alan şeirlərindən bir neçəsini səsləndirdi.

Sonda Avdı Qoşqar imzalı kitablarını oxucularına təqdim etdi və xatirə şəkilləri çəkildi.

1684423504789 1684423504799 1684423504795 1684423504805 1684423504809 1684423504828 1684423504813 1684423504833 1684423504824 1684423504819 1684423504838 1684423504844 1684423504849 1684423504867 1684423504862

Yazıya 65 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.