17 may 2023-cü il tarixində Gədəbəy rayon Novo-Saratovka kənd “Şəhidlər bulağı”nın qarşısında Aytac Əlizadənin “Şəhid qardaşım” (sənədli-povest) adlı kitabının təqdimat mərasimi keçirildi.
Mərasimdə Şəhid ailələri, hərbçilər, ziyalılar və kənd sakinləri iştirak edirdi.
kultur.az xəbər verir ki, Aytac Əlizadənin qələmə aldığı sənədli-povest Azərbaycan Vətən Müharibəsi qəhrəmanı Şamxal Əlizadənin həyat və döyüş yollarına həsr edilib. “Şəhid bacısı” (“Zərdabi” nəşriyyatı-2023) kitabı Şamxal Əlizadənin bacısı Aytac Əlizadənin ilk qələm təcrübəsidir. Yazıçı İradə Aytelin redaktoru olduğu kitabda 44 günlük zəfər tarixində imzası olan, Gədəbəy rayonunun 44 şəhidi barədə ayrıca məlumatlar və fotoşəkillər də yer alıb.
Afiq Allahverdiyev, Məhərrəm Məmmədov başda olmaqla, bir qrup xeyirxah Gədəbəy oğullarının, dəstəyi ilə işıq üzü görən kitab Şəhid ailələri və oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.
Mərasimin ikinci hissəsində “Şəhid qardaşım” kitabı Gədəbəy rayon Əli Musayev adına Söyüdlü tam orta məktəbinin kollektivinə təqdim edildi.
Sonda müəllif imzalı kitablarını Şəhid ailələrinə və mərasim iştirakçılarına təqdim etdi.
Yazıya 189 dəfə baxılıb