Şəhriyar yaradıcılığına işıq tutan saytın təqdimat mərasimi keçirildi

WhatsApp Image 2023-05-21 at 18.03.24 (1)

Kultur.az xəbər verir ki, 21 may 2023-cü il tarixində Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığına işıq tutan www.shahriyar.az  internet saytının təqdimat mərasimi keçirildi.

“Palmali” Şirkətlər Qrupunun dəstəyi ilə həyata keçirilən mərasimdə KİV nümayəndələri, ziyalılar və poeziyasevərlər iştirak edirdi.

Layihənin və saytın rəhbəri Fərid Azəri tanıtım çıxışında qeyd etdi ki,  on illik əməyinin bəhrəsi olan və İranda mövcud arxiv sənədlərinə, eləcə də şairin irsini araşdıran alimlərin tədqiqatlarına söykənən sayt Azərbaycan, ingilis və fars dillərində fəaliyyət göstərərək, təkcə ədəbiyyatsevərlərin deyil, elmi ədəbiyyatla məşğul olan – araşdırmaçılar, tədqiqatçılar və tələbələrin də bələdçisi olacaq.

Mərasimin ikinci hissəsində Elmlər doktoru Esmira Şükürova, Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl, jurnalistlərdən İlham Tümas, Nurşən Quliyev və başqaları çıxış edərək internet üzərindən yayımlanacaq dərgiyə uğurlu yol arzuladılar.

 

WhatsApp Image 2023-05-21 at 18.03.24 (1) WhatsApp Image 2023-05-21 at 18.03.24 (2) WhatsApp Image 2023-05-21 at 18.03.24 WhatsApp Image 2023-05-21 at 21.11.28

 

 

Yazıya 92 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.