Hər bir xalq təhsillə tanınır. Təhsil inkişafı insanların hərtərfli formalaşmasında xüsusi rol oynayır. Təhsil hər bir dövlətin inkişafında mühüm proritet məsələlərdən biridir. Təhsil ocaqlarının günün tələbləri səviyyəsində qurulması, həmin ölkənin inkişaf prespektivlərindən xəbər verir. Bu gün Azərbaycan təhsili tarixi ölkələri ilə fəxr, qürur duyur. Öz işinin uğurları ilə fəxr duyan təhsil ocaqlarından biri də Elburus Bayramov adına Beyləqan şəhər təbiət və humanitar fənnlər təmayüllü liseydir. Həmin təhsil ocağının direktoru Mehman Kərimov və müəllim kollektivi Mehdiyeva Aybəniz, Cəfərova Svetlana, İbrahimova Aynur, Mədətova Dəyanət, Vəlişova Aygün, Orucova Zeynəb, Təşkilati İşlər üzrə direktor müavini Təhməzova Xatirə, Şirinova Zəkufə və digər müəllimlərin adlarını fəxrlə çəkmək olar. 2023-cü il buraxılışı olan yüksək balla bir neçə şagirdlərin adlarını çəkmək olar. Məsələn, Quliyeva Aytən Sənan qızı – 661 balla, Həsənov Murad Zaur oğlu – 513 balla və digərləri başqa-başqa təhsil ocaqlarına qəbul olmuşlar. E.Bayramov adına Təhsil ocağı Mil-Muğan Regional təhsil idarəsi üzrə 2-ci məktəbdir.
Məktəbdə 670 şagird təhsil alır. Bu müəllim kollektivi şagirdlərin biliyə yiyələnməsində böyük əmək sərf edirlər.
Biz də öz növbəmizdə bunlara işlərində bitib-tükənməyən uğurlar arzu edirik.
Ceyhun
Yazıya 73 dəfə baxılıb