“Qarabağda xilaskarlıq və zəfər missiyası” adlı kitabın təqdimat mərasimi keçirildi (fotolar)

WhatsApp Image 2023-10-11 at 15.18.1611 oktyabr 2023-cü il tarixində Suraxanı rayon Şəhid Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə  44 günlük Zəfər tariximizin qəhrəman döyüşçüsü, Şəhid Mehdi Fərzullazadənin şərəfli ömür və döyüş yollarından bəhs edən, eyni zamanda,  Qarabağ münaqişəsi ətrafında baş vermiş hadisələri və bütövlükdə Azərbaycan tarixini əhatələyən “Qarabağda xilaskarlıq və zəfər missiyası” adlı kitabın təqdimat mərasimi keçirildi.

Kultur.az xəbər verir ki, yazıçı Etibar Kərimlinin müəllifi olduğu kitabın elmi redaktorları Tarix üzrə fəlsəfə doktoru Rauf Məlikov, Tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlı, rəyçilər Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, hərbi siyasi ekspert Elmar Hüseyn, redaktorlar isə Əməkdar jurnalist Sevda Mehrəliyeva və Hüsna Ələkbərzadədir.

Şəhid ailələri, Suraxanı rayon rəsmiləri, Qazilər, media əməkdaşları və məktəb kollektivinin iştirak edtdiyi təqdimat mərasimi açıq elan edilməzdən əvvəl Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin birinci hissəsində şagirdlərin ifasında Vətən müharibəsi iştirakçılarına həsr edilmiş mahnı və şeirlər səsləndirildikdən sonra söz tədbir iştirakçılarına verildi. Qəhrəmanımız Mehdi Fərzullazadənin anası Elvira xanım, kitabın müəllifi Etibar Kərimli, SRİH nümayəndəsi Elmar Hüseynov, YAP Suraxanı təşkilatının sədr müavini Salman Əbdulov, Şəhid anaları, qazilər, yazıçı İradə Aytel, kitabın redaktoru Hüsna Ələkbərzadə və Şəhidin döyüş yoldaşları çıxış edərək 44 günlük Zəfər tarixini yazan igidlərimizin qürurlu ömür yolundan  söz açdılar, gələcək nəsillərə məhz belə oğullardan örnək götürməyi tövsiyə etdilər.

Tədbirin ikinci hissəsində iştirakçılar məktəbdə yaradılmış “Şəhid Mehdinin Muzey Guşəsi”ni, daha sonra Suraxanı rayon şəhidlər Xiyabanını ziyarət etdilər.

Xatırladaq ki, “Qarabağda xilaskarlıq və zəfər missiyası” AMEA “Azərbaycan milli Ensiklopediyası” Elmi Mərkəzinin “Sosial İctimai sahələr, fəlsəfə və hüquq” redaksiyasının böyük elmi redaktoru vəzifəsində çalışan Etibar Kərimlinin sayca beşinci kitabıdır. Bundan əvvəl müəllifin “Azərbaycan diasporu: nəzəriyyə və praktika”, “Şor qırağının rəngli yuxuları”, “Antik ədəbiyyat və biz”, “Antik ədəbiyyat tarixi” (tərcümə) kitabları işıq üzü görüb.

WhatsApp Image 2023-10-11 at 15.18.14 WhatsApp Image 2023-10-11 at 15.18.16 WhatsApp Image 2023-10-11 at 15.18.24 WhatsApp Image 2023-10-11 at 15.18.35 WhatsApp Image 2023-10-11 at 15.18.37 WhatsApp Image 2023-10-11 at 16.29.32 WhatsApp Image 2023-10-11 at 15.18.13 WhatsApp Image 2023-10-11 at 15.18.12 WhatsApp Image 2023-10-11 at 15.16.29 WhatsApp Image 2023-10-11 at 15.16.23 WhatsApp Image 2023-10-11 at 15.16.20 WhatsApp Image 2023-10-11 at 15.11.53 WhatsApp Image 2023-10-11 at 15.11.52 WhatsApp Image 2023-10-11 at 15.11.48 WhatsApp Image 2023-10-11 at 15.11.45 WhatsApp Image 2023-10-11 at 15.11.44 WhatsApp Image 2023-10-11 at 15.11.42 WhatsApp Image 2023-10-11 at 15.11.42 (1) WhatsApp Image 2023-10-11 at 16.29.32

 

 

Yazıya 418 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.