Aktivist Rəssamlar Assosiasiyası “Dünyanı sənət xilas edəcək” adlı layihəsi ilə Xızıda

WhatsApp Image 2023-10-16 at 17.21.2715.10.2023-cü il tarixində Aktivist Rəssamlar Assosiasiyasınin üzvləri  “Dünyanı sənət xilas edəcək” adlı layihəsi ilə Xızı rayonuna səfər etdi.

Kultur.az xəbər verir ki, Assosiasiya üzvləri ilk olaraq ölməz şair Mikayıl Müşfiqin Xızı rayonu Sayadlar kəndi ərazisində yerləşən Xatirə Muzeyini, sonra isə Qarabulaq kəndində yaşayan şair-tərcüməçi Ağasəfa Yəhyayevi ziyarət etdilər.

Səfərin ikinci hissəsində rəssamlar payız rənglərinə qərq olmuş Altıağac ərazisinin əsrarəngiz gözəlliyini kətan, dekorativ tətbiqi sənətlə məşğul olanlar isə bəzək əşyaları üzərində canlandırmağa çalışdılar.

Rəssamların canlı etüdləri və plenar sərgi bu dəfə də sakinlərin və yolçuların diqqətindən kənarda qalmadı. “Dünyanı sənət xilas edəcək” şüarı ilə el-el  dolaşan sənətkarlar xilasa doğru atdıqları bu kiçik addımların bütün  dünyanı dolaşacağına bir daha əmin oldular.

Açıq havada baş tutan plenar-tədbirin davamında Assosiasiyanın rəhbəri Nəvai Metin birliyin yeni üzvlərinə Aktivist Rəssamlar Assosiasiyasının sertifikatlarını, həvəskar rəssamlara ruhlandırıcı diplomlar, Yusif Yaşara və Günay xanıma “Uluslararası kaldığımız yerdən devam” mövzulu onlayn sərgiyə qatıldıqlarına görə, eyni zamanda,  “Türkiyə Cümhuruyyətinin Zəfər bayramı münasibətilə” təşəkkürnamələrini təqdim etdi.

Assosiasiyanın dekorativ sənətlə məşğul olan üzvü Günay xanımın hazırladığı logo ARA-nın üzvləri tərəfindən maraqla qarşılandı. Birliyin adını özündə ehtiva etdirən bu əl işi xoş xatirələrlə dolu Xızı səfərinin parlaq rənginə çevrildi…

WhatsApp Image 2023-10-16 at 17.22.41 WhatsApp Image 2023-10-16 at 17.21.51 WhatsApp Image 2023-10-16 at 17.21.40 WhatsApp Image 2023-10-16 at 17.21.27 WhatsApp Image 2023-10-16 at 17.22.54 WhatsApp Image 2023-10-16 at 17.23.12 WhatsApp Image 2023-10-16 at 17.23.40 WhatsApp Image 2023-10-16 at 17.24.25 WhatsApp Image 2023-10-16 at 17.28.29 (1) WhatsApp Image 2023-10-16 at 17.28.29 (2) WhatsApp Image 2023-10-16 at 17.28.29 (3) WhatsApp Image 2023-10-16 at 17.28.29 (4) WhatsApp Image 2023-10-16 at 17.28.29 (5) WhatsApp Image 2023-10-16 at 17.28.29 (6) WhatsApp Image 2023-10-16 at 17.28.29 (7) WhatsApp Image 2023-10-16 at 17.28.29 (8) WhatsApp Image 2023-10-17 at 05.09.28 WhatsApp Image 2023-10-16 at 17.42.23 WhatsApp Image 2023-10-16 at 17.28.29 WhatsApp Image 2023-10-16 at 17.28.29 (11) WhatsApp Image 2023-10-16 at 17.28.29 (10) WhatsApp Image 2023-10-16 at 17.28.29 (9)

Yazıya 683 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.