Ömrün şöhrətli 70-i – Flora Xəlilzadənin yubileyi qeyd edildi (fotolar)

WhatsApp Image 2023-10-27 at 14.38.44

27 oktyabr 2023-cü il tarixində tanınmış söz adamı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Şöhrət” ordenli ictimai xadim, respublikanın Əməkdar jurnalisti Flora Xəlilzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirildi.

Kultur.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasında düzənlənmiş tədbirə Azərbaycan və Türkiyə  mətbuatının əməkdaşları, jurnalistika və ədəbiyyatın tanınmış isimləri – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, Əməkdar İncəsənət xadimi, professor İlham Rəhimli, Türkiyə İnternet Media Birliyinin rəhbəri Süleyman Basa, MŞ-nin Ahıl Jurnalistlər Məcslisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, tanınmış tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli, Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Esmira Fuad, “Olaylar İnformasiya Agentliyi”nin rəhbəri Yunus Oğuz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Abıyeva, MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Flora Xəlilzadənin övladı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı,  MŞ sədrinin müavini, ATV prezidentinin müşaviri Səadət Məmmədova, Əməkdar jurnalistlər Rəhim Hüseynzadə,  Qərənfil Dünyaminqızı, “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli,  Zöhrə Əliyeva, Əminə Yusifqızı, jurnalistlər Akif Cabbarlı, Aida Eyvazlı, Şəmsiyyə Kərimova və başqaları qatılmışdı

Yubiley tədbirini giriş sözü ilə açan, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid MŞ-nin xüsusi diplomunu yubilyara təqdim etdi və sözü tədbir iştirakçılarına verdi. Qonaqlar yubilyar haqqında ürək sözlərini söylədilər, Flora Xəlilzadənin Azərbaycan mətbuatı, jurnalistikası və televiziyası tarixindəki rolundan söz açdılar, yubilyarın özünəməxsus xarakterini səciyyələndirdilər, onun həm gözəl qələm sahibi, həm vətənpərvər vətəndaş, həm də qayğıkeş ana olmasından danışdılar.

Ədəbiyyatşünas Əsəd Cahangir Flora Xəlilzadənin Milli jurnalistikanın klassikləri sırasına daxil olduğunu qeyd edərək bildirdi ki, “Jurnalistika aləminə 70-80-ci illərdə qədəm qoymuş Flora xanım çoxsaylı monoqrafiyaların, tədqiqatların,  Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı araşdırmaların müəllifidir. Flora Xəlilzadə cəsarətli olması ilə daim başqalarından seçilib.  O heç vaxt axınla üzməyib, həmişə axına qarşı gedib. Odur ki, onun yaradıcılıq yolu da enişli-yoxuşlu olub. Flora xanım indiki şöhrətin zirvəsinə heç də asanlıqla gəlib çatmayıb, dəfələrlə haqqı tapdalanıb, iş yerlərini dəyişmək zorunda qalıb. Flora xanım təlatümlü bir dənizdə öz gəmisini cəsarətlə qarşı sahilə doğru sürən bir dənizçini xatırladır. Onun “Yadigarlar” verilişində haqqında söz açdığı sənət adamlarına münasibəti orjinaldır, özünəməxsusdur. O, yeni zamanın Sovet dövrü klassiklərinə birmənalı surətdə “Sovet yazıçısı” damğası vurmaq cəhdinə qarşı çıxır, onların yaradıcılığının ən gözəl milli və ümumbəşəri cəhətlərinin klassik mənəvi irsimizə layiqli töhfə olduğunu öz proqramının hər buraxılışında yenidən və yenidən təsdiq edir.  İki oğul, beş nəvə sahibi Flora xanım bu gün  70 illik yubileyini könül rahatlığı, sevinc duyğusu ilə dostlarının, ailə üzvlərinin, qələm yoldaşlarının əhatəsində keçirir. Çox əlamətdardır ki, 70 illik yubileyi ərəfəsində Flora xanımın fədakar jurnalistlik fəaliyyəti cənab Prezidentimiz tərəfindən layiqincə və vaxtında qiymətləndirilmiş, Flora Xəlilzadə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Buna görə Cənab Prezidentimizə Flora xanımın bütün dostları və oxucuları adından ürəkdən gələn səmimi minnətdarlığımı bildirir, əziz Ablama uzun ömür, bundan sonrakı fəaliyyətində daha böyük başarılar arzulayıram. İki saata yaxın davam edən bu tədbir Flora Xəlilzadəyə olan böyük sevgi, diqqət və hörmət şəraitində başa çatdı. Bu isə yubilyarın yaşadığı mənalı ömrün təcəssümüdür. Mən deyərdim ki, bugünkü yubiley tədbiri Azərbaycan Prezidentinin “Şöhrət” ordeni ödülündən sonra Flora xanıma iş yoldaşlarının, qələm dostlarının və oxucularının sevgi ödülü idi”.

Yubiley tədbirinin sonunda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü  Flora Xəlilzadə Mətbuat Şurasının əməkdaşlarına və toplantı iştirakçılarına minnətdarlıq edərək, yaradıcılıq yoluna verilən dəyərə görə məmnunluq hissi keçirdiyini söylədi.

 

 

2f1efb2e-ca6f-4454-a1a3-fdf31b8b7d3c WhatsApp Image 2023-10-27 at 14.27.51 WhatsApp Image 2023-10-27 at 14.38.29 WhatsApp Image 2023-10-27 at 14.38.30 WhatsApp Image 2023-10-27 at 14.38.31 (1) WhatsApp Image 2023-10-27 at 14.38.31 WhatsApp Image 2023-10-27 at 14.38.33 WhatsApp Image 2023-10-27 at 14.38.36 WhatsApp Image 2023-10-27 at 14.38.37 WhatsApp Image 2023-10-27 at 14.38.40 WhatsApp Image 2023-10-27 at 14.38.44 WhatsApp Image 2023-10-27 at 14.38.46 WhatsApp Image 2023-10-27 at 14.38.50 WhatsApp Image 2023-10-27 at 14.38.51

Yazıya 460 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.