2024-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.
Bu məqsədlə Bakı şəhər 297 nömrəli məktəbin rus bölməsinin şagirdləri “flashmob” hazırlayıb.
“Flashmob” 297 nömrəli məktəbin müəllimi – Sevil Nəbiyeva və valideynlər tərəfindən təşkil olunub.
“Flashmob”un iştirakçıları isə 5r, 6r, 6k, 7r, 8r sinif şagirdləri olub.
“Flashmob” yerli əhəmiyyətli olsa da, böyük marağa səbəb olub. Həm yerli əhali, həm də turistlər tədbiri maraqla izləyib.
Şəhərin müxtəlif yerlərində təqdim olunan layihəni hətta bəzi dövlət qurumları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yenidən təşkil olunması üçün müraciət ediblər.
Yazıya 212 dəfə baxılıb