“SEDET-ART” rəsm studiyasında kitab təqdimatı keçiriləcək

Bu günlərdə Ulusararası Aktivist Sənətçilər Birliyinin təşəbbüsü, Aktivist Rəssamlar Assosiasiyasının təşkilatçılığı ilə Dünyanı Sənət Xilas Edəcək layihəsi çərçivəsində yeniyetmələrin əl işlərindən ibarət “İstedad Sorağında” adlı kitab kataloq çap olunub. Kitabın məsləhətçiləri Türkiyədən şair-heykəltəraş – Ümit Yaşar İşıkhan və Əməkdar İncəsənət Xadimi- Ziyadxan Əliyevdir. Nəvai Metinin müəllifi olduğu kitab-kataloqda Ölkəmizdən istedadlı yeniyetmələrin rəsm işləri nümayiş olunur. Kitab-kataloqun əsas məqsədi istedadlı uşaqları üzə çıxartmaq, gələcəkdə onların inkişafında mədəniyyətin rolunu göstərməkdir.
31 İyul 2024-cü il tarixində saat 18:00-da “SEDET-ART” rəsm studiyasında kitabın təqdimat mərasimi keçiriləcəkdir. Təqdimatda həm də kataloqa qatılan yeniyetmələrin rəsm əsərlərindən ibarət sərgi də təşkil olunacaq. Sərgi-təqdimata sənətsevərlər dəvətlidir.

Yazıya 66 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.