Tanınmış şair Musa Ələkbərlinin yeni kitabı işıq üzü gördü

Bu günlərdə Musa Ələkbərlinin Sözün qiyaməti qopan yerdəyəm adlı şeirlər və poemadan ibarət kitabı işıq üzü görüb (Elm və Təhsil nəşriyyatı. 776 səhifə).

Kitabda şairin son iyirmi ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi toplanmışdır. Yurd sevgisi, vətəndaşlıq yanğısı müxtəlif mövzularda qələmə alınmış bu şeirlərin içindən sarı bir sim kimi keçir. Şair nədən yazırsa-yazsın, sevgiylə yazır. Poetik tapıntılarına ürəyinin odunu-közünü bəxş edir.

Əhatəli və geniş “Önsöz”ü yazıçı İradə Aytelə məxsus olan kitabda Qarabağ dərdi və vətənimizin bütövlüyü uğrunda qəhrəman oğullarımızın milli mücadiləsinə həsr olunmuş şeirlər xüsusi maraq doğurur. Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən Mübarizlik dərsi poeması Musa Ələkbərli yaradıclığının uğurlu nailiyyəti kimi diqqəti cəlb edir.

Müəllifin 75 illik yubileyi münasibətilə çapdan çıxmış bu kitab onun sayca 16-cı şeirlər kitabıdır.

Yazıya 59 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.