“Hədəf Nəşrləri”nin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 41-ci sayı işıq üzü görüb.
Dərginin redaksiyasından verilən məlumata görə jurnalın budəfəki sayı bu il 140 illik yubileyi qeyd olunan böyük azərbaycanlı, cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəyə həsr olunub.
Dərgi ənənəvi olaraq baş redaktor Şəmil Sadiqin yazıları ilə başlayır. Budfəki sayda Şəmil Sadiqin son şeirləri yer alıb.
Jurnalın məsul redaktoru Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikası altında romantizm cərəyanını araşdırır.
Növbəti yazı Məhəmməd Əmin Rəsulzadənin “Şəkilcə də, mühtəvaca da rusdlaşdırılma” məqaləsidir.
Dilqəm Əhməd “Tarix” rubrikasında “Mühacirətdə milli kimlik inşasında Rəsulzadənin rolu”ndan danışır.
“Müsahibə” rubrikasında drəginin redakrtoru Cavid Qədir Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə ilə söhbətləşib.
Ramil Əhməd “Hədəfdəkilər” rubrikasında Azərbaycanın “İşıqaxtaran”ından söz açır.
Sevinc Elsevər “Bu kino ki var…” rubrikasında “Azərbaycan kinosunda ekzotika” elementlərini araşdırır.
Ülvi Ağa “Olum, ya ölüm” rubrikasında “Heminqueylərin mirası”ndan söz açır.
Həmid Piriyev “Tanış olun” rubrikasında “Əbədi guşənişin” Henri Darcerin həyat və yaradıcılığına işıq tutur.
Xəyalə Murad “İkibaşlı” rubrikasında bu dəfə “Qoqol qəbirdə oyanmışdımı?” sualına cavab axtarır.
Hacı Səfərov “Bir il, bir kino” rubrikasında “Pis dünyanın filmləri”ni müqayisə edir.
Ceylan Mumoğlu “Psixotrap” rubrikasında Edqar Allan Ponun – “Qarğa ruhlu dahinin ölüm obsessiyası”ndan söz açır.
Nuranə Abbasova “Kinopasport”da “Cəhənnəm həyatı haqqında ilahi film”dən – “Tanrının şəhəri”ndən yazır.
Xavər Zahir “Kainart” rubrikasında “Təxəyyül labirintində özünü axtaran rəssam – Maks Ernst”dən danışır.
“Yerli hekayə” rubrikasında Elayla Sevinc Elsevərin “Min yaşlı adam” və “Ədiblər” hekayələri yer alır.
Sevinc Elsevər “Gəl uşaq olaq!” rubrikasında balaca müəlliflər – Fateh Tağıyev və Sevinc Balakişilinin yazılarını təqdim edir.
Qocaman Mirzə Bartlbi “Sözbaz” rubrikasında Xanın “Sancaqlı inversiyalar romanı” adlandırdığı “Sancaqlı kölgələr və Leyla Xuni” əsərindən danışır.
Bundan başqa, dərginin əlavəsi olan #ustadmen rubrikasında M.Ə.Rəsulzadənin A3 ölçülü posteri, #kitabinigoster fotokitabında isə tanınmış aparıcılar Vüsalə Məmmədova ilə Ürfan Məmmədlinin şəkilləri yer alıb.
Qeyd edək ki, dərginin qiyməti 7 manatdır.
Yazıya 12 dəfə baxılıb