Qırğızıstan təhsil nazirinin müavini Hədəf Liseyinin qonağı oldu

Qırğızıstan təhsil nazirinin müavini Almazbek Datkabekoviç Toktomametov rəhbərlik etdiyi məktəb direktorlarından ibarət nümayəndə heyəti Hədəf Liseyi Nəsimi korpusunun qonağı olub.

Kultur.az liseyə istinadən xəbər verir ki, qonaqlar ingilis və rus bölmələrində keçirilən dərslərdə, həmçinin STEAM dərslərində iştirak edib, tədris metodologiyaları ilə yaxından tanış olublar. Öz tədris təcrübələrini və metodlarını müəllimlərimizlə paylaşan qonaqlarla təhsil sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib.

Nümayəndə heyəti kitabxana, rus bölmələri üçün Azərbaycan dili (Dövlət dili) fənninin dərslikləri ilə tanış olublar. Onlara ingilis bölmələrinin “Collins” və Oxford kitabları, “Ayın kitabı” layihəsi haqqında məlumat verilib. Hədəf konsepti və “Dəyərlər” dəsti, Şəmil Sadiqin “Машина сна”, “Mən bir müəlliməm”, “İnsan mühəndisi” kitabları hədiyyə edilib.

Daha sonra lisey nümayəndələri qonaqlarla dəyirmi masa ətrafında toplaşaraq STEAM tədris yanaşması, xarici dil tədris metodikası (CLIL), beynəlxalq təhsil, əməkdaşlıq və planlar mövzusunda söhbət aparıblar.

Hədəf konseptində həm milli, həm bəşəri dəyərlərin tətbiqi, Hədəf STEAM Liseyində yaradılmış İnteraktiv Elm Muzeyi, Linqafon və “Dədə Qorqud” otaqları barədə məlumatlar maraqla qarşılanıb.

Yazıya 15 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.