Noyabrın 18-də Azərbaycan Milli Kitabxanasında Milli Kitabxananın və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda videoçarxın təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycanın tarixdə ilk dəfə olaraq COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib. 100-dən artıq dünya liderlərinin, nümayədələrinin iştirakı ilə keçiriləbn bu tədbirin Azərbaybaycanın dünyaya tanıdılmasında böyük əhəmiyyət kəsb etiyini vurğulayıb. Bütün dövlət və qeyri-dövlət təşkilatları kimi Azərbaycan Milli Kitabxanasının da əsas qayəsinin belə tədbirlər təşkil etməklə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın ev sahibliyi etfdiyi COP29 tədbirinə öz töhfəsini verməklə dəstək olmaq olduğunu söyləyib. Milli Kitabxananın hər zaman gənclərin yanında olduğunu, kitabxanadan istifadə edən oxucuların da 85 faizinin gənclər ibarət olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin sədri Miri Mirəliyev tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasına, direktor professor Kərim Tahirova və kitabxana əməkdaşlarına təşəkkürünü bildirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya tanıdılmasında 2 böyük əhəmiyyətli hadisə oduğunu bildirib. Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi Zəfərlə bütün dünyanın tanıdığını söyləyib. Kitabxananın gənclər üçün doğma məkan olduğunu, gənclərin müasir və klassik Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlanmağa dəvət edib.
Tədbirin davamında Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyi tərəfindən hazırlanan “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunmuş ingilis dilində videoçarx təqdim olunub.
Yazıya 15 dəfə baxılıb