“Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı” İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirildi

“Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı” İctimai Birliyinin təşkilatçılığı ilə Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə “Gələcək öz əlindədir” adlı erkən nikah və anti-narkotmaniya mövzusunda seminar keçirildi.
Tədbir Azərbaycan Dövlət Himni ilə başladı. Dərhal sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə açılış üçün çıxış edən məktəbin direktoru Rəhimə Hüseynova, tədbirin təşkilatçısı olan təşkilata, idarə heyətinə və təlimçiyə öz təşəkkürünü bildirdi.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin sədri MirTeymur Mirəliyev, gənclərin erkən nikaha cəlb olunmaması, əksinə təhsilə, elmə, ədəbiyyata və incəsənətə yönəldilməsinin vacibliyini vurğuladı. Həmçinin, gənclər təşkilatında “Məktəblinin Dostu” layihəsi çərçivəsində məktəblilərin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaradılmış bir çox fürsətlərdən bəhs etdi.
Tədbirdə çıxış edən məktəbin biologiya müəllimi Nəsibə Zülfüqarova və psixoloq Ayan Hüseynli bu iki mövzunun ölkənin ən aktual problemlərindən olduğunu qeyd etdilər. Bu tədbirlərin təkcə şagirdlər üçün deyil, valideynlər üçün də keçirilməsinin vacibliyini vurğuladılar. Ardınca erkən nikahın ailə həyatı quranların dünyaya gətirdiyi uşaqların xəstə doğulmasına səbəb olacağını bildirdilər.
Bundan sonra AGİH İB əməkdaşının erkən nikah mövzusunda hazırladığı videoçarx nümayiş etdirildi.
Seminarın qonağı, psixoloq, təlimçi və “Yaşam Koçu MöcüzəSən MMC”-nin rəhbəri Sübhanə Süleymanova, öz bilik və təcrübələrini gənclərlə bölüşərək, “Hüquqlarınızı əlinizdən almalarına icazə verməyin” ifadəsini vurğuladı.
Tədbir kollektiv xatirə foto çəkdirməklə yekunlaşdı.

Yazıya 35 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.