“Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı”İctimai Birliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyanın nəzdində İncəsənət kollecinin Tələbə Gənclər Təşkilatının təşkiatçılığı ilə Mədəniyyətimizdə bu gün layihəsinin növbəti qonağı şair, yazıçı, professor Məmməd İsmayıl ilə görüş baş tutdu. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş tutdu. Görüşdə şairlər, jurnalistlər, gənc qiraətçilər, ifaçılar, tələbələr və müəllim heyəti çıxış etdi.
Tədbirdə gənc ifaçılar musiqi nömrələri nümayiş etdirdilər, qiraətçilər şeirlər səsləndirdilər. Təhsil ocağının tələbələri şairə portret hədiyyə etdilər.
Tədbirin rəsmi hissəsində çıxış edən Akademiyanın nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin direktor müavini Türkanə Abbaszadə qonaqları, yazıçını və tələbələri salamladı. O, yeni nəslin ədəbiyyata olan sevgisindən danışaraq bu tədbirin və şairin təhsil ocağında qonaq olmağından qürur hissi keçirdiyini qeyd etdi.
Daha sonra Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin sədri MirTeymur Mirəliyev çıxış edərək Məmməd İsmayıl haqqında danışdı. O, gənclərin ədəbiyyatı sevməsindən bəhs edərək bu kimi tədbirlərin davamlı olmasının vacibliyini vurğuladı. MirTeymur Mirəliyev: “Biz xoşbəxt gənclərik ki, Məmməd İsmayıl, Nəriman Həsənzadə, Baba Vəziroğlu, Vahid Əziz kimi dəyərli şairlərin yaşadığı bir dövrdə yaşayırıq və bununla qürur duyuruq”, – cümləsini qeyd etdi.
Daha sonra söz Şairlər Birliyinin üzvü Musa Ələkbərliyə verildi. Şair çıxışı zamanı gənclərin belə aktiv və bacarıqlı olmasını vurğuladı, bu tədbirlərin davamlı olmasını arzuladı və Məmməd İsmayılla keçən ömür yolundan xatirələrini gənclərlə bölüşdü.
Tədbirdə çıxış edən jurnalist, yazıçı İradə Aytel Məmməd İsmayılın 85 illik yubileyi münasibətilə “Tovuz Xeyriyyə Cəmiyyəti”nin dərc etdirdiyi “Bu da ömrün 85-i” adlı dərgini təqdim etdi. O, şairin həyat və yaradıcılığından bəhs edərək öz arzularını və istəklərini çatdırdı.
Sonda şair gənclər üçün şeir səsləndirdi, kitablarını imzalayaraq gənclərə təqdim etdi. Xatirə şəkilləri çəkilərək tədbir sona çatdı.
Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyi
Yazıya 56 dəfə baxılıb