Şirvan şəhərində yazar Feyruz Muradovun “ Xalq artistinin atası Mirzəxəlil kim idi?“ adlı hekayələr kitabının təqdimatı keçirilib. Tədbir dekabr ayının 27- də Şirvan şəhər mərkəzi kitabxanasının oxu zalında baş tutub.
”Xalq artistinin atası Mirzəxəlil kim idi ? “ hekayələr kitabında xalq artisti Rübabə Muradovanın və onun atası Mirzəxəlil Muradovun keçdiyi çətin ömür tarixçəsindən söz açılır. Ailənin 1946-cı ilin dekabrında siyasi qarşıdurmalar səbəbindən İrandan Sovet Azərbaycanına köçüb gəlməsi və üzləşdikləri çətinliklər qələmə alınıb. Bundan başqa kitaba müəllifin yazdıgı hekayələr, esselər daxildir.
“ Xalq artristinin atası Mirzəxəlil kim idi? “ hekayələr kitabının təqdimatında şəhərin ziyalılarında Əlibala Səmədov , Vəkil Həsənov , Alma Cəfərova və başqaları çıxış edərək kitab haqda fikirlərini bölüşüblər.
Yazıya 16 dəfə baxılıb