Azərbaycanın dövlət adamı, ictimai-siyasi xadim, Azərbaycan SSR Prokuroru və uzun illər Azərbaycan Respublikasının Ədliyyə naziri işləmiş, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas Abbas oğlu İsmayılovun xatirəsinə həsr edilmiş jurnal işıq üzü görüb.
“Tovuz Xeyriyyə Cəmiyyəti”nin təşəbbüsü ilə dərc olunan “Tovuz” qəzetinin xüsusi buraxılışında (“Elm və təhsil” nəşriyyatı) Azərbaycanın tanınmış elm və sənət adamlarının, siyasi xadimlərin, hüquqşünasların, mərhumun ailə üzvlərinin və yaxınlarının ürək sözləri yer alıb.
Xüsusi buraxılışın ideya müəllifi TXC-nin sədr müavini Çingiz Abbasov, buraxılışa məsul İradə Aytel, redaktoru Musa Ələkbərli, dizayneri Vüsal Ağayarovdur.
Yazıya 65 dəfə baxılıb