Aprelin 19-da istedadlı gənc rəssam Gülarə Salehin fərdi rəsm sərgisi Gəncliyə Yardım Fondunun sərgi salonunda keçirildi. Sənətsevərlərin böyük marağına səbəb olan sərgidə rəssamın müxtəlif mövzularda yaratdığı əsərlər nümayiş olundu. Ziyarətçilər əsərləri diqqətlə izləyərək, Gülarənin fərdi baxış bucağı və rəng duyumu ilə yaxından tanış oldular.
Sərgidə bir sıra tanınmış sənət və media nümayəndələri çıxış etdilər. Gülarənin müəllimi, tanınmış rəssam və kurator Nəvai Metin Məmmədoğlu, rəssam Qafar Sarıvəlli, onun orta məktəb və universitet müəllimləri, jurnalist Güllü Yoloğlu və digər qonaqlar gənc rəssam haqqında yüksək fikirlər səsləndirdilər. Çıxışlarda Gülarənin zəhmətsevərliyi, sənətə olan sevgisi və peşəkar inkişaf potensialı xüsusi qeyd olundu
Yazıya 14 dəfə baxılıb