Tural Sahab – Sevginin şeirini yazacam

tural sahabGünəş batar
doğmaq üçün
Gecə düşər
, səssizcə
qurd səslərinə şan qatmaq üçün

Insan nə üçün sevər?

Ölümü dadmaq üçün
Şair nə üçün yazar?
sevgilisinə çatmaq üçün
Sevgili nə üçün gedər
şeiri yaşatmaq üçün

Sıyrılar qılınclar qınından
başlar kəsmək üçün
Düşər omuzlardan başlar
torpaq öpmək üçün
Yavrular ana ceyran
ovçu toruna düşmək üçün
Qaralar ağ buludlar
saçlarında üşümək üçün
İnsan nə üçün doğular
Tanrıya qul olmaq üçün

və insanlar can verir
Sonsuzluğa qaçmaq üçün ( Atsızın ruhuna hörmətlə)

                                ***

Sevginin şeirini yazacam mən
inanmadığınız
istəmədiyiniz
gizli- gizli yandığınız sevginin
bir dəstə sevgi ilə
bir mələk göndərəcək, Tanrı 
öpmək üçün göz yaşımdan
silmək üçün kini, nifrəti
yaddaşımdan
bürünəcəm sevgiyə
sevgi qoxulu
sevgi rəngli

Şeirin sevgisini yazacam mən
gözəl sözlərlə toxunacam
sevginin qəlbinə
insan ürəyindəki
nifrətin bəndinə
Göy qurşağı kimi rəngli
yağacaq yağmurlar
Göy qurşağı təki rəngarəng
ümidlər

Bir quşun qanad çırpmasını
bir çiçəyin açmasını
İnsanın sevgi ilə yaşamasını
həyatdan ölümə qaçmasını
sevginin şerini
şeirin sevgisini yazacam mən.

Yazıya 823 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.