Arzum ata olmaqdır.
Yirğalayib beşiyin
O korpecik balamin,
Onunla oynamaqdir.
Arzum ata olmaqdir.
Çin olsun mənim arzum.
Heç eyləməz fərq mənə,
Oğlum olsun,ya qızım.
Arzum ata olmaqdir.
İstəyirəm mənim də
Ata deyənim olsun.
Üzümü cirmaqlasin,
malış yeyənim olsun.
Mən atalıq yükünün
Bilmirəm ləzzətini.
Qoy olsun oğlum qizim,
Çəkim əziyyətini.
Ona laylay söyləyim
Sübhədək ağlasa da,
Qısılıb anasına
Onu qucaqlasa da.
Təki ata olum mən.
Bir gün əcəl gələndə,
Doğma balalarımın
Qollarinda ölüm mən.
Yazıya 806 dəfə baxılıb