Ramiz QARAYAZI – 10 kq ət..

ramiz qarayazi2 övladı 1-ci Qarabağ savaşında şəhid olan, vaxtı ilə orta məktəblərin birində müəllim işləmiş Lalə (ad şərtidir) xanım vəfat edir və onun ölüm xəbəri bütün rayona yayılır. Təbii ilk gələn qonum-qonşu olur. Axşama doğru RİH-dən də nümayəndə gəlir və söhbətdən belə məlum olur ki, bu dünyada yeganə tutunacağı olan iki övladı Vətən üçün şəhid olan ananın dəfni ilə bağlı məsuliyyəti dövlət orqanı öz üzərinə götürmüşdür. Bu xəbər hər kəsi sevindirdi, zira şəhid anasına dövlətimiz sahib çıxırdı.
Ertəsi gün dəfn mərasimi təşkil edildi, Lalə xanım dəfn edildikdən sonra bildirildi ki, mərhumun yaşadığı evdə ehsan süfrəsi təşkil edilmişdir. Eyni zamanda dəfnə hər hansı səbəbdən gələ bilməyənlərin də məlumu olsun ki, mərhumə üçün 3 m’rasimi veriləcək.
Bir nüansı burada mütləq ərzinizə çatdırmaq istəyirəm ki, 20 il əvvəl övladlarını itirmiş, uzun zamandan bu yana xəstə olan ananın yas yerinə elə də çox insan gəlməmişdi. RİH və RTŞ-nin nümayəndələri, mərhumənin vaxtı ilə işlədiyi məktəbin bəzi müəllimləri və qonum-qonşu… Mərhumənin 3 -də ehsan verilməsi üçün lazım olan ərzaq məhsullarının alınması İH-nin şəhər nümayəndəliyinin sədrinə tapşırılmışdı və Nazim (ad şərtidir) müəllim mərasimə gələcək insanın az olacağını düşünərək 3 üçün idarənin qarşısında olan ət dükanından 10 kq ət (nisyə) götürərək yas yerinə göndərdi. Nazim müəllimin gözləntilərinə uyğun olaraq 3-də təxmini 30-40 adam iştirak edirdi və gələn adamların zəminində ehsal bolluğu sezilirdi. Mollanın sağında oturan Nazim müəllim dövlətin camaata qayğısından, əhalinin güzaranının gündən-günə yüksəlməsindən, bütün xarici dövlətlərin bizə həsəd aparmasından dəm vururdu. Arabir mollanın köksünü ötürməsi xaricində tərifnamənin tərzini pozacaq başqa bir səs eşidilmirdi. Bu, stolda oturanlardan birinin süfrə duası üçün mollaya işarə verməsinə qədər davam etdi və işarəni görən molla sinəsini hava ilə dolduraraq “ey müsəlmanlar” deyə xitabla məmurun sözünü kəsdi.
Nazim müəllimin təbirincə tədbir uğurlu alınmışdı: hərkəs onun söhbətlərinə “maraqla” qulaq asmış, ən əsası isə başçının tədbirlə bağlı tapşırığını yerinə yetirmişdi. Cəmi bir narahatçılığı var idi, o da nisyə götürmüş olduğu ətin pulu ilə bağlı idi. Kabinetinə qayıtdıqdan sonra götür-qoy etməyə başladı.
Elə həmin vaxtlar TŞ-də məsləhətçi vəzifəsində işləyən Abbas müəllim (ad şərtidir) məlum yas yerindən iş yerinə tələsik qayıdırdı. Tələsməyində əsas səbəb müdirə TŞ-i layiqincə təmsil etdiyi barədə məlumat vermək istəyi idi. Müdirin qapısını döyərək içəri girməyə icazə istədi. Fərid müəllim (ad şərtidir) başını qaldırmadan “gəl” dedi və göz altı Abbas müəllimin keçərək oturmasını izlədi. Abbas müəllim Fərid müəllimə yasda onu layiqincə təmsil etdiyini bildirdi. Fərid müəllimin sual dolu nəzərlərini görüb tez əlavə etdi-Nazim müəllim də orda idi, mən bildirdim ki, Siz gələcəkdiniz, amma qohumunuz rəhmətə getdiyi üçün gələ bilməmisiniz.
Fərid müəllim razılıqla başını yırğaladı. Abbas müəllimə yeni nəsə demək istəyirdiki telefon zəng çaldı. Telefonu qaldıran Fərid müəllim Abbasa gözləməsini işarə etdi:
-Bəli…
-Oooo, Nazim müəllim salam, necəsiniz?
-Yəqin Abbas müəllim Sizə deyib, bizim bir qohumun da yas yeri vardı, ona görə mən gələ bilmə…..
-…Başa düşdüm Nazim müəllim… Təbii, borcumuzdur.
Telefonu asan Fərid müəllim istehzayla qımışaraq Abbas müəllimə dedi:
-Ayə, adamda gərək həya ola eee… Adamlar deyirəm, sifət yiyəsidilər vallah. Əəə, niyə ölmürsən? 10 kq ət alıb yas üçün, onun pulunu məndən istəyir! Gör ha… Deyir ki, bəs mərhumə müəllim idi, sizin də ehsanda payınız olsun. Deyən lazım ki, ay oğraş, sən stulunda rahat oturasan deyə o yazıq iki oğlunu qurban verib, amma sən ona 10 kilo əti qıymirsan.
Müdirin deyinməsinə Abbas müəllim başını yelləməklə razı olduğunu bildirirdi. Fərid müəllim telefonu qaldıraraq nömrə yığdı, bir qədər gözlədikdən sonra danışmağa başladı:
-Salam əleykum, Ləman müəllimə salam. Məktəbdə işlər necədir? Bilirsiniz də buğün Lalə müəllimənin 3-ü idi? Oraya ehsan üçün ərzağı biz öhdəmizə götürmüşük, sizin məktəbin payına da bir şeylər, lap dəqiq desək ətin pulu sizin payınıza düşür. Ət köhnə şəhər sovetinin qarşısındakı ət dükanından götürülüb, 10 kq, onu ən gec sabah həll edin. Sonra mənə məlumat verəsiniz…

Yazıya 989 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.