SƏNDƏN XƏBƏRSİZ…

10407652_10203010168875420_3571389261232105060_n
Pəncərə açıq idi. Narın-narın yağış yağırdı. Gülnarın gözləri yol çəkirdi, düşünürdü o gələcək. Bir neçə saat pəncərənin önündə dayanıb yağan yağışa baxırdı. Gözünün önündən yaşadığı xatirələr keçir, ötənləri xatırlayırdı. Pəncərənin pərdəsi yellənir, bir quş həsrətlə boynunu büküb pəncərənin küncündən durub içəri boylanırdı. O quşu görüb düşünürdü ki, nə isə xəbər gətirib. Bir qədər fikirini quşa yönəltdi. Onunla öz-özünə söhbət edib danışmağa başladı. Necə ki, nağıllarda quşun ayağına kağız parcası bağlayıb butasına xəbər göndərən aşiqlər kimi. Gülnar quşa xatirələrini danışıb butasına çatdırmağını istəyirdi, sanki nağıllardakı kimi. Bir qədərdən sonra o yatağa keçdi, meh həzin-həzin əsirdi. Pəncərədən əsən meh onu daha dərindən düşündürüb, kövrəltmişdir. Hava qaralmışdı, meh davamlı əsirdi. Pəncərənin küncündə duran quş dimdiyilə pəncərəni taqqıldadır, onun yuxusunu ərşə çəkirdi. Quşun taqqıltısı davamlı-davamlı gəlirdi.
Yağış şiddətli yağmağa başlamışdır. Bu quş sanki Gülnarı bir ömür boyu izləyib onun tənhalığını hiss edib pəncərənin önünə qonur, onunla söhbət edir, xatirələrini təzələyirdi. Nədənsə Gülnar quşu pəncərənin önündə görməyəndə çox kədərlənirdi. Onun gecələr quşla şirin-şirin söhbəti, hər gecəni ötənlərə qaytarmağı xatirələrin təzələnməyinə səbəb olurdu.
Astaca Gülnar yatağından duraraq pəncərənin önünə keçdi. Pəncərəni bağlamaq istəyirdi ki, qapı döyüldü. O anda qapının səsi quşu uçurtdu. Asta-asta qapıya doğru yaxınlaşdı. Gecə yarı idi, Gülnar qapını açdı, onu evə dəvət etdi. Onlar ötənlərə qayıdıb xatirələrdən danışdılar. Nədənsə, Gülnar danışdıqca fikirə dalıb, damla-damla göz yaşı kipriyinin üstündə durmuşdur. O biranlığa başını qaldırıb Gülnarın kipriyindəki yaşı görəndə əlləri ilə yaşı silib saçını sığallad:
-Səni bir ömür boyu izləyən, o quş mənim ruhumdur, pəncərənin küncündən gecələr səninlə ötənləri xatırlayıb, xatirələrdən danışıb məzarıma qaydıram. Hiss edərdim üzündəki kədəri, ayrılığın acılarını, yaşadığını. Necə ki, səninlə tanışlığımız payız fəslinə təsadüf etmişdir, bu gün də yenidən, o günə təsadüf etdi, bax səninlə qovuşmağım, küçələrin payız xəzanına, sarı yarpaqlarına bürünməsi gözünün yaşının əksidir. Dəyişən saçlarındır dümağ ağararıbdır nədən, Gülnar? Elçin, illərdir gizlətdiyim sirri sənə deyə bilmirdim, indi ruhuna sarılaraq səni sevdiyimi, deyirəm, səni axtarıram səndən xəbərsiz, Elçin…
Cismim torpağa qovuşsa da, ruhum səninlədir, səni axtarıram, səndən xəbərsiz, Gülnar!
Azər Allahverdiyev

P,S, Bu yazını aktyor Yaşar Nuriyə, aktyor Firəngiz Mütəlimovaya həsr etmişəm.

 

Yazıya 1190 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.