Mən bir vaxtlar var idim bu gün itib gəlmişəm
Əllərimlə saçimi didib-didib gəlmişəm
Ilahi öz içimdən zühur edib gəlmişəm
Bağişla məni tanrim şeyx olmaq istəyirəm
****
Sonsuz miras verdiyin kədərinə min şükür
Bir az vərəm kimiyəm vərəminə min şükür
Məni dəli yaratdin kərəminə min şükür
Bağişla məni tanrim şeyx olmaq istəyirəm
****
Başdan böyük danişan özündən söz çixardan
Icimdə duz daği var ağlayib duz çixardam
Bu mənəm öz dərdimlə bəzənib göz çixardan
Bağişla məni tanrim şeyx olmaq istəyirəm
****
Mən şeir yazmiram ki sözə əzab verirəm
Mən ağlaya bilmirəm gözə əzab verirəm
Bağişlayin siz allah sizə əzab verirəm
Bağişla məni tanrim şeyx olmaq istəyirəm
****
Bir az ağlayan yaxşi bir az gülən yaxşidir
Ölü yaşayandansa diri ölən yaxşidir
Yenə böyük özünsən özün bilən yaxşidir
Bağişla məni tanrim şeyx olmaq istəyirəm
Keçəl dərdinə şərikəm
Töküb azaltdim saçimi
Yaxşi ki qara günümdə
Üzün ağartdim saçimin
Daraq almaya almaya
Bir gündə salmadim saya
Tumarlaya tumarlaya
Başin aldatdim saçimin
Düz ilk gündən,körpəlikdən
Uzatmadim bircə tükdə
Subayliğimla birlikdə
Daşini atdim saçimin
________
Yetim yalqiz şeirimdən
ismətli qiz şeirimdən
mənim cilz şeirimdən
yüzü həvəsə düşdü
yaşamadiq sağ öldük
şükür üzü ağ öldük
ömürdən qabaq öldük
yolumuz kəsə düşdü
ac göz tək qamarladim
boynunu tumarladim
gecə dərdi zorladim
işim polisə düşdü
______
Gecə düşüb yuxum gəlmir
bayirda da sazaqli qiş
ürəyim alma istəyir
nənə mənə nağil daniş
nənə daniş qariş qariş
hara getdi torpağimiz ?
Qarabağda nəyə görə
ucalmadi bayrağimiz?
Yatdiq nənə illər ilə
yatdiq şirin yuxu görək
yatdiq bir gün oyananda
vari qoyub yoxu görək
daha bəsdi nağillarda
məhf elədi həyat bizi
nağil deyib oyatmisan
nağil deyib yatirt bizi
_____
Ömrümü qəbrimə yamayan allah
eşqimi qəlbimə calayan allah
nə çoxdur bu gənci qinayan allah
bir gün söz allahi olacağim var
***
özümə yer saldim yerin içində
açilmaz sirr oldum sirrin içində
bir gün öləcəyəm şeirin içində
bir gün saçlarimi yolacağim var
***
qismətin ,taleyin bağlayan gülməz
özünü içində dağlayan gülməz
mən elə bilirdim ağlayan gülməz
sən demə halima güləcəyim var
***
illər tez qalandi uşaq yaşima
hicranlar,əzablar doldu başima
qələmi,vərəqi qoyub qarşima
bir şeir namazi qilacağim var
***
haqqima, səsimə güc verib getdim
mən öz qiymətimi üç görüb getdim
ömrümü ölümə borc verib getdim
bildim qiyamətdə alacağim var
Yazıya 2207 dəfə baxılıb