Allaha olubdur hər vaxt pənahım
Dağları, daşları yandırır ahım.
Sənsiz açılmasın mənim sabahım
Mən necə bildirim sevirəm səni ?
Qoy susum sən danış gözəl avaz tək
Heç yerdə görmədim bu işvə naz tək
Istərdim gələsən dünyama yaz tək
Mən necə bildirim sevirəm səni ?
Başımın üstünü alıb çən, duman.
Mənim nicatım var, o sənsən inan
Zaminim Allahdır şahidim Quran
Mən necə bildirim sevirəm səni ?
Hər an xəyaldayam,xəyalımda sən,
mən niyə düşürəm yadına hərdən
Qəlbim həyəcanlı,istər ,deyəsən,
Mən necə bildirim sevirəm səni ?
Sən sevgi bağımda, açan bir çiçək
Sən mənim, sinəmdə, döyünən ürək
Sən mənim, gözümdə, günahsız mələk
Mən necə bildirim sevirəm səni ?
Xanım Fatimənin nökəri sənsən
Təqva baxçasının əsəri sənsən
Ömrümün qiyməti dəyəri sənsən
Mən necə bildirim sevirəm səni ?
Ey Nicat özünü yormusan yaman
Allahdan istədim mən səni inan
Nədəndir bu qədər təşviş, həyacan?…
Mən necə bildirim sevirəm səni ?
Sən mənim qəlbimə gəlmiş hərarət
Mən səndə tapmışam sevgi məhəbbət
Könlümə xoş gəldi bir gözəl afət
Səndən başqasını sevə bilmərəm
Sən mənim olmusan gecəm gündüzüm
Sənədir bil səmtim sənədir üzüm
Vallahi deyirəm mən sənə gülüm
Səndən başqasını sevə bilmərəm
Çıxmarsan yadımnan bircə gün bir an
Qəlbimdə fikrimdə oldun hər zaman
Səndən xahişim var sən mənə inan
Səndən başqasını sevə bilmərəm
O qədər gözəlsən tənin çiçəklər
Sənə qibtə edir o saf mələklər
Görmədim sənintək mən saf ürəklər
Səndən başqasını sevə bilmərəm
Adını yazmışam dağlara daşa
Sevgili günləri həmişə yaşa
Gəl ömrü birlikdə biz vuraq başa
Səndən başqasını sevə bilmərəm
Sən mənim ömrümdə ilkin baharsan
Sevirəm mən səni yaxşı ki varsan
Sən mənim könlümə ən gözəl yarsan
Səndən başqasını sevə bilmərəm
Sevirəm kəlməsi deyə bilmərəm !!!!!
Səni çox sevirəm bunu biləsən
Qəlbini könlünü mənə verəsən
Bir dəfə sevirəm mənə deyəsən
Qəbul et sevgimi ürəyim mənim
Bu sınmış könlümə sən bir açarsan
Sən mənim ömrümdə ilkin baharsan
Sevirəm mən səni nə yaxşı varsan
Qəbul et sevgimi ürəyim mənim
Yazdığım bu şeir bədahətəndir
Ən gözəl çiçəklər, günlər tənindir
Saf sevgim, ürəyim o da sənindir
Qəbul et sevgimi ürəyim mənim
Bir dəfə can denən -can deyərəm mən
Nə qədər yaşasam səni sevərəm
QəDrini hər şeydən artıq bilərəm
Qəbul et sevgimi ürəyim mənim
Könlümdə yeganə sənsən, ay nigar.
Mən səndə görmüşəm ismət, həya, ar
eşqimiz aləmdə qalsın yadigar
Qəbul et sevgimi ürəyim mənim
Bilmirəm hardasan yoxum bir xəbər
Həkk olub qəlbimə qüssə, qəm-kədər.
Elə et ömrümü verməyim hədər
Qəbul et sevgimi ürəyim mənim
Mənə bu etiraf olmadı asan
eşqimi mən bu cür edirəm bəyan
Səndə bu Sevgiyə bir az ver təkan
Qəbul et sevgimi ürəyim mənim
Yazıya 922 dəfə baxılıb