4 yanvar 2015-ci il. Saat 11:00
Yeni ilin başlanğıcında Dirili Qurbani Məclisi ilk toplantısını çağdaş aşıq sənətinin orta nəsil görkəmli nümayəndələrindən biri, aşıq-şair-publisist Məhərrəm Hüseynliyə həsr etmək barədə qərar verib.
Bu, təsadüfi deyil. Məclisə qatıldığı 10 ilə yaxın bir müddətdə Azərbaycan aşıq sənətinin təməldaşı, haqq aşığı, el şairi Dirili Qurbani ruhuna sonsuz ehtiramı, ulu ozanımızın adını daşıyan məclisə saysız sayğıları ilə diqqəti cəlb edən Aşıq Məhərrəm Hüseynlinin yaradıcılığına nəzər yetirməyi, həm də cari ildə tamam olmuş yubileyini qeyd etməyi bir sözlü-sazlı məclis olaraq özümüzə borc bildik!
İnşallah ki, qeyd olunan tarixdə, saat 11-də möhtəşəm “Xudafərin” Şadlıq Sarayında yolunuzu gözləyəcəyik.
İstəkli dostlar, əziz yurdçular!
Gerçəkdən bu dəfəki məclis tamamilə yeni bir layihədə təqdim olunmaqla bərabər, bənzərsizliyi ilə də seçiləcəkdir.
Dübarə, hər kəsi yeni ilin siftə vaxtından “Sazlı-Sözlü Yeni İl” rubrikasında “Aşıq Məhərrəm Hüseynlinin yaradıcılıq gecəsi”nə dəvət edirik!
Sayğılarımızla: Yusif Dirili, DQM-nin sədri
Yazıya 851 dəfə baxılıb