Dahilər neçə saat yuxuda olurmuş?
Ziqmund Freyd, Bethoven, Kant və siz. Onlar əslində nə birləşdirir? Əlbəttə ki, yuxuya ehtiyacın olması.
Yuxu haqqında elm, onun yaradıcılıq, məhsuldarlıq və sağlam düşüncəyə mükəmməl təsiri hər yerdə müzakirə mövzusuna çevrilib. Sizin uzun illər sevdiyiniz, pərəstiş etdiyiniz və özünüzə etalon seçdiyiniz yazıçı, musiqiçi və rəssamların yuxu rejimi sizi təəccübləndirəcək.
Bəşəriyyətin ən böyük ağıl sahiblərinin yuxu və oyaqlıq vaxtları Meyson Kerrinin “Dahi rejimi” adlı kitabının əsasında hazırlnamış infoqrafikada bacarıqla təsvir olunub.
Bu məlumat cədvəli dahilərin gecəyarının ilk saatlarında yatmaması, maniakal şəkildə işləməsi, sizin yorğunluğunuzun artması ilə kreativlik dərəcənizin də artması barədə faktları ifşa edib. Dünyanın qəbul etdiyi 27 dahinin böyük əksəriyyəti normal, yəni 8 saatlıq yuxu qəbul edirmiş.
Lakin sözügedən cədvəldə daxilinizdə yatan dahini oyatmaq üçün yuxu ilə bağlı hər hansı tövsiyə və üsullara yer verilməyib. İnfoqrafikada yalnız 8 saatlıq yuxunun primitiv qaydasl təsvir edilib.
Nəzərinizə çatdıraq ki, Qərbi Avropa realizminin zirvəsi Onere de Balzak qəhvə həvəskarı olub və axşam saat 6-dan gecə 1-ə qədər yatırmış.
Şahidlərin sözlərinə görə, buna baxmayaraq, o, gün boyu yuxulu olurmuş. Balzakın yxu rejiminin onun yaradıcılığına təsir göstərməsi barədə danışmaq da doğru deyil.
Amerikalı yazıçı Frensis Skott Fitçerald müxtəlif şənliklərə qatılmağı sevib və təəccüble deyil ki, o, 3:30-dan səhər 11:00-a qədər yuxuda olurmuş.
Ziqmund Freyd cədvəldə cəmi 6 saatlıq yer alıb. Ancaq onun kofeindən heç də zəif olmayan stimulyatorlara olan sevgisi hər kəsə məlumdur.
Beləliklə, əgər siz yuxusuz qalmaqla böyük insana çevriləcəyinizi düşünürsünüzsə, tamamilə yanılırsınız. Dahiyanə fikirləriniz yalnız istirahət etmiş və təmiz beyində doğula bilər. Yuxularınız şirin və doyumlu olsun!
Rəşid Mustafazadə
Yazıya 906 dəfə baxılıb