Yunanıstanın məşhur müğənnisi Demis Russos 68 yaşında dünyasını dəyişib. Xarici mətbuat a görə, onun ölümünün səbəbi barədə heç bir məlumat verilmir.
Musiqi karyerası boyunca 60 milyon albom satan müğənni “Goodbye my Love”, “Forever and ever” və digər populyar mahnıların müəllifi olub.
Misirdə 1946 -cıildə doğulan Demisin ailəsi sonralar (1950)Yunanıstana köşmüşdü. O çox zəngin musiqi mühitində böyümüşdü. Anası müğənni , atası isə klassik gitara ifaçısı idi. Demis özü də dərin musiqi təhsili almışdı, gitara, şeypur, kontrabas, orqanda çalmağı bacarırdı. Bir oğlu, bir qızı var. Qızı Parisdə yaşayır. Yunanıstanda yaşayan oğlu isə did-jey kimi əsasən atasının mahnlarını yayımlamaqla məşğul olur.
2015-ci ildə səhnə fəaliyyətinin 50 illiyini qeyd edən müğənni dünyanın bir çox ölkələrində konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, onun qəfil ölümü buna mane olub.
Yazıya 758 dəfə baxılıb