Evinizdə Wi-Fi siqnalı zəifdir?
Evinizdə zəif Wi-Fi siqnalını gücləndirmək üçün bu üsuldan istifadə edə bilərsiniz. Bunun üçün sizə maye üçün nəzərdə tutulmuş istənilən dəmir qab lazımdır.
Ölkə.Az xəbər verir ki, Wi-Fi paylayıcısı evin bütün otaqlarına siqnal ötürmürsə dəmir qab vasitəsilə bu problemin qarşısını ala bilərsiniz.
Lazım olan əşyalar: qayçı, dəmir qab və kiçik plastilin parçası.
1. Dəmir qabı yaxşıca yuyun.
2. Onun qapağını qoparın.
3. Dibini tamamilə kəsin.
4. Yuxarı hissəsini də kəsmək lazımdır. Lakin şəkildəki kimi kəsilməmiş dəmir hissəciyi saxlayın.
5. Həmin dəmir hissəciyin arxa tərəfində geniş kəsik aparın.
6. Hazırlanmış metal parçanı siqnal paylayıcısına plastilin vasitəsilə yapışdırın.
Wi-Fi gücləndiricisi hazırdır! Bundan sonra isə onu sizə lazım olan tərəfə istiqamətləndirin.
Ölkə.Az
Yazıya 699 dəfə baxılıb