Göz yaşınızı silin-
 yanaqda qurumasın.
 Başınızı dik tutun,
 Düşmənlər yarımasın.
 
 
 Kədəriniz artanda
 hıçqırın qəlbinizdə.
 Düşmən duya bilməsin
 Kədəri,qəmi sizdə.
 
 
 Düşmənin niyyətini
 Ürəyində yandırın.
 Zülmü,hökmdarlığı
 Qeyrətlə dayandırın.
 
 
 Analar,ay analar
 Qəddiniz əyilməsin.
 Qapılarınız heç vaxt
 Süngüylə döyülməsin.
 
 
 Qisası qiyamətə
 Qoymayıb Tomris nənə.
 Başını uca tutub,
 Göz yaşını silsənə.
 
 
 
 Yuxuda töhvəm qalıb
 
 Ağladım yuxuda, güldüm yuxuda,
 Dərdimi kasıbla böldüm yuxuda.
 Dirildim yuxuda, öldüm yuxuda,
 Nə vaxt aydınlığa çıxacağam bəs?
 
 
 Günəş işığını duydum, görmədim,
 Tənqiddən,təhqirdən “doydum”görmədim.
 Namərdin gönünü soydum görmədim,
 Nə vaxt aydınlığa çıxacağam bəs?
 
 
 Qudurğan önümdə məğrur dayandı,
 Hər vədə qarşımda od-alov yandı.
 İşığı səslədim zülmət oyandı,
 Nə vaxt aydınlığa çıxacağam bəs?
 
 
 “Yerin də qulağı var”
 
 Yerin qulağı var dedi atalar,
 Nə qədər çağırdım, yer eşitmədi.
 Dayçanı becərsən, sabah at olar,
 Belə “gəlhagəlin” sonu bitmədi.
 
 
 Nəymiş boş ümüdlər, nəymiş günahlar,
 İnsanlar, qoruyun bir-birinizi.
 Mənasız “arzuya” bel bağlamayın,
 Allahdan üzməyin əllərinizi.
 
 
 Haqdan,həqiqətdən üzmə əlini,
 Hər atın belində çapma köndələn.
 Namusla qoruyun qızı,gəlini,
 Cücə saxlamaqçün verməlisəndən.
Yazıya 599 dəfə baxılıb
					









