İlahə Qafarzadə – GÜNDƏLİK

10940463_406000892894437_4784008365603550181_nƏziz oxucular, İlahə hələ 4-cü sinif şagirdidir. Onun ilk qələm təcrübəsini sizinlə paylaşır və bu gözəl xanıma başladığı çətin yolda uğurlar arzulayırıq.

Kultur.az

(hekayə)

Atası həmişə Elgünə yaxşı oxumağı tövsiyyə edirdi.Elgün də yaxşı oxumağa çalışırdı. Bir gün Elgün dərsdən evə tez gəldi.Yadına düşdü ki, iki- üç gündür hər gün oxuduğu “Lətifələr” kitabı gözünə dəymir. Elgün kitab rəfinə göz gəzdirdi, amma kitabı tapa bilmədi. O kitab rəfində xeyli eşələndi. Birdən rəfdəki köhnə kitabların altından bir qiymət cədvəli tapdı.Cədvəl köhnəlmişdi. Elgün maraqla cədvələ baxıb, onu atasına göstərmək üçün yan otağa keçdi. Atası adətən Elgünün dərsləri ilə o qədər də maraqlanmazdı. Anası daha çox ona vaxt ayırardı. Elgün cədvəli atasına uzatdı. Ata gözucu cədvələ baxıb acıqla dedi:
-Bu nədir, utanmırsan? Hələ bir göstərir də. Ayıb olsun, mən və anan bu qədər aziyyət çəkirik amma sən belə pis qiymətlər alırsan. Elgün gülümsəyərək dedi,:
-Atacan, bu mənim deyil. Köhnə kitabların arasından tapdım.
Atası cədvəlin ad yazılan üzünü çevirəndə mat qaldı. Bilmədi gülsün yoxsa pərt olsun. Çünki cədvəlin o üzündə atanın adı və soyadı yazılmışdı. Bu Elgünün atasının altıncı sinif qiymət cədvəli idi.

Yazıya 677 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.