Azərbaycanda VƏTƏNDAŞLIQ ANDI qəbul edildi

Azerbaycan bayragi ve gerbi 171011  Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununda edilən dəyişikliyin tətbiqinə dair fərman imzalayıb.

Modern.az saytı xəbər verir ki, dəqiyişiklik nəticəsində sözügedən qanuna aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilib:

“Maddə 15-1. Azərbaycan Respublikası vətəndaşının andı

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:

“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan xalqının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır”.

Yazıya 900 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.