20 yaşlı qızın köməyə ehtiyacı var – FOTO

20 yaşlı qızın köməyə ehtiyacı var

20  yaşlı  Əmikişiyeva Gülxarın  xeyirxah insanların yardımına ehtiyacı var. Dünyaya gələrkən  nitq qüsurlu doğulub.  Əslində problem qızın eşitməməsindədir. Qulaqlarının eşitməsi ilə nitiqi  də bir neçə ilə bərpa oluna bilər. Bunun üçün cərrahi əməliyyat keçirməsi  lazımdır. Əməliyyata lazım olan 30000 manatı isə maddi cəhəti zəif olan ailə heç cür tapıb-düzəldə bilmir.

Gülxarın anası Dürdanə Əmikişiyeva bildirir ki, artıq həkimlə danışılıb:  “Həkim bizə qızımın nitqinin və eşitməsinin bərpasının mümkün olduğunu deyib. Ancaq məbləğ həddindən artıq çoxdur. Biz onu tapa bilmirik. İmkanlı şəxslərdən  xahilş edirəm ki, qızıma kömək etsinlər. Bu halı ona çox pis təsir edir. Tay-tuşları ilə münasibət qurmaq, deyib-gelmək, şənlənmək istəyir. Amma yenə də anadangəlmə qüsur onu bir küncə sıxılmağa məcbur edir”.

Qeyd edək ki, Gülxarın adına “Bank Respublika”da hesab açılıb. AZ46BRES00380194401948804001Nömrəli cari hesaba yardımlarınızı köçürdə bilərsiniz.

Gənc qıza kömək etmək istəyənlər  0553245738 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.

10967780_721806124604485_44620624_n

 

Yazıya 582 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.