“Şərq-Qərb” nəşriyyat evində yazıçı jurnalist TəranəVahidin “Doxsan imza (mədəniyyət yazıları silsiləsi)adlı kitabı çapdan çıxıb. Kitabda müəllifin son illərdə”Mədəniyyət” qəzetində dərc olunmuş yazılarındanbir qismi toplanıb. Mədəniyyət və Turizm Nazirliyinindəstəyi ilə işıq üzü görən kitab “Musiqinin işığı”, “Teatr və kino”, “İncəsənətin rəngləri”, “Əbədi uçuş”və “Ruhumuzun memarları” bölmələrindən ibarətdir.
Mədəniyyətimizin müxtəlif sahələrini əks etdirənmaraqlı müsahibələr, reportajlar, araşdırma yazılarıyüksək zövq və peşəkarlıqla qələmə alınıb.Azərbaycanın tarixi mədəniyyət mərkəzləri, qədimabidələri, korifey sənətkarları, bənzərsiz sənətadamları, incəsənət, teatr və ədəbiyyat sahəsindəxidmətləri olan məşhur simalar haqqında çoxlarınaməlum olmayan və hər kəsin bilmək istədiyi maraqlıməlumatlar müasir jurnalistikamızın ən gözəlörnəkləri kimi oxucuya təqdim olunur.
Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”sözləri ilə başlanan kitabın redaktoru Qulu Ağsəs, ön sözün müəllifi tanınmış jurnalist Telli Pənahqızıdır.
Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın bir parçasını əks etdirən 424 səhifəlik kitab gələcəkdətədqiqatçılar üçün qiymətli mənbələrdən biri olacaq.
Yazıya 784 dəfə baxılıb