Fikrət Qoca: “Müalicəm evdə davam edəcək”
“Özümü yaxşı hiss edirəm, narahatlıq yoxdur. Evdəyəm, hələ işə çıxa bilmirəm. Mənə görə narahat olan, zəng vurub səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm”.
Bunu APA-ya açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib.
Onun sözlərinə görə, İstanbuldakı müalicəsi tam başa çatıb: “İndi müalicəm evdə davam edir. Həkimlər iynə-dərman yazıblar, bir müddət ev şəraitində müalicə alacağam, sonra həkimə təkrar müraciət edəcəyəm. Səhhətimdə ümumi zəiflik var, bir müddətdən sonra inanıram ki, o da çəkilib gedəcək, yenə əvvəlki kimi sağlam olacağam”.
F.Qoca əlavə edib ki, müayinə üçün yenidən İstanbula getməyəcək.
Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün İstanbula aparıblar.
Yazıya 1341 dəfə baxılıb