Bu axşam başını balınca qoyma
Balınc islanmasın göz yaşlarından.
Qapılıb xəyala, səsimə uyma,
Gecikib ayrılma yoldaşlarından.
Bu axşam saçını dağıdıb tökmə,
Yığıb dəstələynən hörüklərini.
Bir ara şəklimdən gözünü çəkmə
Heç kimə deməynən gördüklərini.
Təsəadüf bir sevda gəldi ağıla
Hər deyən təsadüf zərurət olmur.
Hər eşqin sonrası dönmür nağıla
Hər sevda biz deyən məhəbbət olmur.
Ömür səhnələşdi gözüm önündə
Ürək bu sərhəddi, bərəni atlar.
Durdu hər addımda sözüm önündə
Səni də, məni də yandıran adlar.
Toxunar bu ömrün sevda hanası
Ərişi sən olsan, ilməsi mənəm.
Bizə ad qoyanın yansın anası
Əfsanəsi sənsən, Elmisi mənəm.
25.02.2015.
Yazıya 795 dəfə baxılıb