Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək

bəxtiyar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda elmi konfrans keçiriləcək.

AMEA-dan APA-ya verilən xəbərə görə, iyunun 4-də təşkil olunacaq tədbirdə “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrinin keçmişi və indisi”, “Müasir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemləri” və s. mövzularda məruzələr dinləniləcək. Konfransda iştirak etmək istəyənlər 15 aprel tarixədək məruzə tezislərini Təşkilat komitəsinə göndərə bilərlər. 

Yazıya 621 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.