Günay Səma Şirvan — Sevginə satdım anamı (haykular)

Günay Səma Şirvan Mənimləymiş kimi şənlən.
İkimizin əvəzinə atlan,
Novruz tonqalından.

***

Yaz duyulur.
Adamın ürəyi atlanır,
əzizlərini istəyir…

***

Salam, həyatım.
Sən canımın yarısısan.
Çətin anlarım sənə əyandır.

***

Darıxıram səninçün.
Yəqin bilmirsən.
Xəbərsiz buraxmazdın bu qədər.

***

Qumlu sahil…
Qıvrım saçlarını darayır,
Dəniz mehi.

***

Sənə gəldim.
Anam arxamca ağladı.
Sevginə satdım anamı.

***

Səni xatırlamamaqcün
dinləmədiyim nəğmələr
yuxuma gəlir.

***
Axx, pürrəgi cay!
Yaman acısan
Yarsız iciləndə.

Yazıya 1277 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.