İlqar Süleymanlı Bizəban — Bəhariyyə

ilqarsüleymanlı484697105081_3573011415177120615_n  Yenə nazəndə gəlin tək bəzənib gəldi bahar,
Cilvələndirdi gözəlliklərini hər nə ki,var.

Örpəyin şıltaq uşaqlar tək alıb qaçdı külək,
Zülfünü tökdü həyadən üzə ol laləüzar.

Nurə qərq etdi şəfəq rəngli saçı dünyanı,
Bülbül əfğanə gəlib gül elədi ətr nisar.

Lalələr qucdu kəmər tək çəmənin incə belin,
Çəkdi sünbül bərəkət müjdəsini aləmə car.

Qurdu gülzardə məclis,olub aşiqlər cəm`,
Sinədə eşq odu,hər dildə vüsal oldu şüar.

Yığdı ulduzları ətrafına ay,rəqs elədi,
Ki,müqabildir ona,sevdiyi al üzlü nigar.

Göydə həsrətli buludlar qovuşur bir-birinə,
Ağlamazlarmı fərəhdən,yetə gər yarına-yar?

Sərv baş çəkdi göyə seyr edib hər güldə qiyam,
Bu təmənna ilə ki,Həqq edə düşmənləri xar.

Dolanıb qürbəti həsrətli bahar dönmüş elə,
Çıxdı pişvazinə şadlıqla hərarətli diyar.

Bir mələkdir,üfürüb torpağa salmışdı toxum,
Doqquz ay bitdi,yetib və`də,gəlib ərsəyə bar.

Odlanıb yandı fərəh məş`əli,hər qəlbdə ki,
Vəslə yetməkdə sevənlər,dağılır dərdü qubar.

Fəsli-gül,qalmaya boş Bizəban eşqin cami,
Süzə yarın meyi,mütrib oxuya,dillənə tar.

Yazıya 806 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.