“Tülkü tələsi”

 tural sahab Bu günlərdə kənddə və rayonda ən çox danışılan mövzu cinsi orqanı kəsilərək öldürülən Samirdi. Bu adam nə üçün öldürülmüşdü?- bax bunu kimsə bilmirdi. Bunun üçün də müxtəlif fikirlər bir- birini əvəz edirdi. Kimi deyirdi bir qadına sataşıb deyə, qadının qohumları onu bu cür öldürüblər. Başqaları başqa şey, daha başqaları isə daha- daha başqa şeylər danışırdılar. Bu hadisə tv- lərdəki kriminal verlişlərə çıxsa da orada da naməlum qətl kimi danışılmışdı. Polis də hələ işin üstünü açmadığından kimsəyə bir şey demirdi. Bircə bilinən Samirin bu rayonda yaşamadığı və hələ ki, onu tanıyan birinin çıxmaması idi. Öldürən adam Samirin adını öz qanı ilə onu asdığı ağaca yazmışdı. Deməli cinsi orqanını kəsdikdən sonra onu ağacdan asmış, ağaca isə “ Samir alçaqlığının bədəlini ödədi” deyə yazmışdı. Elə bu yazıya görə onun hansısa günahının ucbatından öldürüldüyünü düşünürdü hər kəs, ancaq yenə də heç nəyi bilmək olmazdı. İşinin ustası olan qatillər iz azdırmaq üçün də bu yazını yaza bilərdilər. Hər kəs günahı isbat olunana qədər günahsızdır. Samirin cəsədini bir müddət rayon xəstəxanasının morqunda saxladılar ki, bəlkə bir tanıyıb, bilən çıxa. Ancaq olmadı. Onun üçün də lazımsız bir əşiya kimi traktorla qazılan məzarda dəfn etdilər, daha doğrusu basırdılar. Kimsəsiz insanlardan daha yalnız olur, kimsənin üzərində ağlamadığı məzarlar. 

      O gecə üç dost əylənmək üçün pul ilə görüşən əxlaqsız bir qadını da maşına mindirib, yol kənarında olan bu kəndin yaxınlığında dayandılar. Böyük bir ağac, gurhagur axan çay. Zövqü- səfa çəkmək üçün bundan gözəl bir yeri haradan tapmaq olardı. Maşından düşüb, ağacın kölgəsində  əyləşdilər. Öncə qadından  rəks etəməsini istədi- müştəriləri. Qadın fahişəlikdə olduğu qədər ,mahir deyildi oynamaqda, ancaq yenə də bu pullu cavanları qırmadı və oynamağa başladı. Qadın ehtirasla oynayır, oğlanlar isə maşından çıxardıqları pivəni gülə- gülə içirdilər. Bir az sonra oğlanlar  sərxoş olub qadına söyməyə başladılar. Belə hallara alışıq olan qadın isə kefini pozmadan bu mama uşaqlarının ona hücum etməsini gözləyirdi. Belə hallarda tək- tək deyildə birlikdə  cumurdular qadına. Sanki qadının əzab çəkməsindən zövq alır, qadın nə qədər ağlasa, fəryad etsə bunlar daha çox kişi hesab edirdilər özlərini. Qadının düşündüyü kimi də oldu. Söyə-  söyə qadına hücum edib, onu zorlamağa başladılar. Bəli bu qadın fahişə olsa da, bunlar fahişəni belə zorladılar.Qadını o qədər döydülər ki, daha yerindən qalxacaq halı qalmadı. Yalvarırdı, ancaq gözləri dönən gənclər hələ də onu zorlamağa davam edirdilər. Daha öləcəyini düşünürdü… ilk dəfə həyatına, yaşadıqlarına nifrət edir, özündən irgənirdi. Sərxoş gənclərin biri onu zorlayır, digər ikisi də təpik və yumruqlarla öz kişiliklərini isbat edirdi. İlk necə olmuşdu, kim toxunmuşdu onun namusuna heç nə xatırlamırdı. Yadında olan yeganə şey yaşlı, kirli saqallı olan bir yekəpərin onun körpə bədənini dodaqları ilə kirlətməsi idi. O gecədə də öləcəyini düşünmüş, fəryad- fiqan qoparmışdı, ancaq yardımına heç kim gəlməmişdi. Ondan sonra da heç kim acımamışdı. Kimi bacı deyə- deyə, başqa biri qızım deyərək ona sahib olmuşdular. Sanki indi hər iki gecəni birlikdə yaşayırdı. Bağırdı- yardım istədi, ancaq yardım əvəzinə söyüş dolu zərbələr gəlirdi. Daha nəfəs ala bilmir, bu həyatdan özündən nifrət edirdi. Gözləri göy üzünə dikildi. Ulduzlar nə qədər gözəldi, görəsən oralarda da insanlar yaşayırmı?- yox, yox orada insan ola bilməz. Olsaydı oranı da məhv edərdilər və indi bu qədər gözəl işıq saçmazdı ulduzlar. Qaranlıqdan və ulduzlardan dəstək alaraq sonuncu dəfə – “ yardım edin, deyə qışqırdı”. Ümidini kəsmişdi, ancaq son nəfəsində bir maşının onlara tərəf gəldiyi gördü. Maşının işığını görən gənclər bir an qorxuya düşüb, qadından əllərini çəkdilər. Qorxu içində maşından neçə nəfərin düşəcəyini gözləyirdilər. Bir az sonra maşın dayandı, açılan qapıdan orta boylu cavan oğlan düşdü. Şərəf qoxuyan addımlarla onlara yaxınlaşdı və “ qadını buraxın” deyə qışqırdı. Gənclər hələ də maşından kimsə düşər deyə ehtiyatla gözləyirdilər. Eləki gəncin tək olduğuna əmin oldular, o zaman birdən birə qeyrətə gəldi hər üçü. “ Buraxmasaq nə olar?” deyərək sərxoş gənclərdən biri, bir neçə addım ataraq, oğlana yaxınlaşdı. Elə yaxınlaşması ilə sifətinə silləni yiməsi bir oldu. Bayaqdan bəri kişi- kişi danışan gədə uşaq kimi iməkləyərək geriyə- yoldaşlarına tərəf süründü. Bunu görən digər iki nəfər də qadını buraxıb, cavan oğlanın üstünə cumdular. Azad nəfəs alan qadın bütün gücünü toplayaraq ayağa qalxdı və qaranlıqda gözdən itdi. Dəqiqlərcə gəncə güc edə bilmədilər iki nəfər. Bu orta boylu cavan oğlan ikisini də qəşəngcə döyürdü. Elə bu zaman bayaqdan silləni yeyib, oradan uzaqlaşan gədə maşından götürdüyü dəmir parçasını gəncin başına vurdu. Gözləri qaralan gənc yerə yıxıldı, burnundan su kimi qan axırdı. Daha ayağa qalxa biləcək gücü dizlərində tapmadı. Tez onun üstünə cumub, əl- qolunu bağladılar. Qadın yoxdu. Ovları əllərindən qaçan sərxoşlar bütün heyiflərini ondan çıxacaqdılar. Doyunca döydülər. Ürəkləri soyumadı onu boğaraq öldürdülər. Bir xeyli yanında oturandan sonra sanki elədikləri qələtin fərqinə vardılar. Başladılar qara- qara düşünməyə. Bir yol tapmalı bu qətldən canlarını xilas etməliydilər. Qadın çox uzağa gedə bilməzdi, qadını da tapıb öldürsələr heç olmasa şahid olmazdı. Ona görə də içlərindən biri öldürdükləri oğlanın maşınını işə salıb, qadının axtarışına çıxdı. Digərləri də bir xeyli düşündükdən sonra gəncin cinsi orqanını kəsib, onu ağacdan asdılar. Ağaca da “ Samir alçaqlığının bədəlini ödədi” deyə yazdılar qan ilə. Belə düşündülər ki, cinsi orqanı kəsilərək öldürülən birinin mütləq namus üstündə öldürüldüyü düşünüləcək və iz itəcəkdi. Qadını izləyən oğlan bir qədər gedəndən sonra, uzaqdan qadını gördü. Əsas yola çıxan qadın yol boyu tükənmiş bir halda addımlayırdı ki, bəlkə qarşısına bir maşın çıxıb onu xilas edə. Körpüyə yaxınlaşmasına az qalırdı. Maşındakı elə onu maşınla əzmək istəyirdi. Onun üçündə sürətini artırdı, ancaq qadına yaxınlaşanda istədiyi olmadı. Sükandakı idarəetməni itirdi və maşını körpüdən aşağıya yuvarlandı. Güclü partlayışdan sonra maşın içindəki ilə birlikdə yanmağa başladı. Ağacın yanındakı iki nəfər də bu partlayışın səsini eşidib, qorxuya düşdülər və maşınları ilə tez oradan uzaqlaşdırlar. Bir neçə saatdan sonra polis  qəzanın olduğu yerə gəldilər. Maşın tamamı ilə yanmasa da, içindəki tanınmaz halda idi. Qadını da başqa bir maşın xilas etmişdi.

  Ağacdan asılan cəsədi, ancaq sabah tezdən tapdılar. Qadın isə çox zərbələr aldığından aylarca xəstəxanada yatamalı oldu. Maşında yanan cəsədin elə maşın sahibi olduğunu düşündülər. Maşının sahibi Vüqar adlı çox gözəl, mərd bir insandı. Yəni o gün qadını həyatı bahasına xilas edən gənc. Ölümündən sonra iki körpəsi, gənc qadını gözü yaşlı qalmışdı. Qadın özünə gələnə qədər bu hadisənin üstü açılmadı. Vüqarın məzarında onun qatili, Vüqarsa kimsəsiz bir məzarda yatdı. Bir gün qadın yuxudan ayıldı və hər şeyi polislərə danışdı. Qatillərdən azadlıqa olan iki nəfər də həps olunub, həpsxanaya göndərildi. Orada isə elə həmin gecə həqiqi ədalətlə mükafatlandırılıb, cəhənnəmə vasil oldular.

Vüqarın təhqir olunmuş cəsədi torpaqdan hörmətlə çıxarılıb, dəfn edildi.

Tural Sahab

Yazıya 957 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.